Icma.az
close
up
RU
Prezidentin Qazaxıstan səfəri Bakı və Astanaya iqtisadi baxımdan əhəmiyyətli faydalar gətirə bilər

Prezidentin Qazaxıstan səfəri Bakı və Astanaya iqtisadi baxımdan əhəmiyyətli faydalar gətirə bilər

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


“Azərbaycanın xarici siyasət konsepsiyasında yer alan mühüm istiqamətlərdən biri Türk dünyası, bu coğrafiyaya daxil olan ölkələrlə əlaqələrin inkişaf etdirilməsidir. Qeyd edilən istiqamətdə rəsmi Bakının atdığı addımlar təqdirəlayiqdir və nəticəyə hesablanandır. Ötən illər ərzində Türk dünyasının ayrı-ayrı ölkələri ilə qurulan yüksək səviyyəli əməkdaşlıq təkcə siyasi deyil, eyni zamanda iqtisadi sahədə də ölkəmiz üçün müsbət dividentlər gətirib. Elə Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana dövlət səfərinin də təkcə siyasi deyil, eyni zamanda iqtisadi əhəmiyyəti, faydası böyükdür”.
Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” ictimai birliyinin sədri Arzuman Muradlı səsləndirib. O deyib ki, Qazaxıstan və Azərbaycan arasında ticarət dövriyyəsi ötən illərdə kəskin artıb. 2020‑ci ildə bu rəqəm təqribən 109 milyon dollar səviyyəsində olduğu halda, 2023‑cü ildə 529,4 milyon dollara çatıb:
“Bu artım mal çeşidlərinin genişlənməsi, ixrac‑idxal balansının yaxşılaşması və nəqliyyat/logistika sahəsində əməkdaşlığın güclənməsi hesabına baş verir. Məsələn, Qazaxıstanın Azərbaycana buğda ixracı artıb. Eyni zamanda neft və neft məhsulları da bu istiqamətdə önəmli yer tutub.
Eyni zamanda Azərbaycandan Qazaxıstana qoyulan investisiyalar artmaqdadır:
“Azərbaycan investisiyaları Qazaxıstan iqtisadiyyatında 225 milyon dollara çatıb. Qarşı tərəfdən isə bu göstərici 136 milyon dolar təşkil edib. Bu da ölkələrimiz arasında iqtisadi‐ticari sahədə səmərəli əməkdaşlıq perspektivlərinin genişləndiyini göstərir”.
Arzuman Muradlı deyib ki, Bakı ilə Astana arasında iqtisadi sahədə əməkdaşlıqda nəqliyyat və logistika xüsusi yer tutur:
“Məsələn, Qazaxıstanın nefti Azərbaycan vasitəsilə Avropaya, Türk dünyasına çıxış imkanlarını artırmaq niyyətindədir. Bu, həm Qazaxıstan üçün yeni bazarlar, həm də Azərbaycan üçün tranzit və logistika gəlirləri deməkdir. Hər iki ölkə Orta Dəhlizin inkişaf etdirilməsində maraqlıdır.
Bütün bunları ümumiləşdirərək deyə bilərik ki, prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri çərçivəsində əldə olunan razılaşmalar və əməkdaşlıq istiqamətləri Bakı və Astanaya iqtisadi baxımdan əhəmiyyətli faydalar gətirə bilər. Bu, sadəcə ticarət artımı deyil — strateji və struktural səviyyədə əməkdaşlıqdır”.
Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 22 Oktyabr 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri