Icma.az
close
up
RU
Bu məhsulları mikrodalğalı sobada qızdırmaq olmaz

Bu məhsulları mikrodalğalı sobada qızdırmaq olmaz

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yumurta, göbələk və yarpaqlı tərəvəzləri mikrodalğalı sobada qızdırmaq olmaz.

Bakıvaxtı.az "Gazeta.ru"ya istinadən xəbər verir ki, bunu ROSBIOTECH Universitetinin qida təhlükəsizliyi kafedrasının dosenti Natalia Fomenko deyib.

O, bildirib ki, mikrodalğalı soba yeməyi qızdırmaq üçün rahat və sürətli bir yoldur, lakin bəzi məhsulların faydalı xüsusiyyətlərini itirməməsi, teksturasını dəyişməməsi və hətta zərərli maddələr əmələ gətirməməsi üçün mikrodalğalı sobada qızdırılmaması daha yaxşıdır.

"Yumurtaları qaynar suda qızdırmaq daha yaxşıdır. Ana südünü və ya uşaq qidasını qızdırmaq olmaz. Qeyri-bərabər qızdırma körpə üçün təhlükəli ola bilər. Həmçinin yaşıl yarpaqlı tərəvəzlər də yenidən qızdırılmamalıdır. Mikrodalğalı sobada qızdırıldıqda nitratlar potensial zərərli nitrozaminlərə çevrilə bilər. Tərkibində acı bibər (çili, jalapeno) olan qidalar qızdırıldıqda kapsaisin ifraz edir ki, bu, gözün və tənəffüs yollarının selikli qişasını qıcıqlandıra bilər.

"Göbələkləri mikrodalğalı sobada qızdırmaq məsləhət görülmür. Zülallar tez məhv olur və bu, həzm pozğunluğu riskinə səbəb olur. Mikrodalğalı sobalar bitki yağlarının oksidləşməsinə və faydalı xüsusiyyətlərinin itirilməsinə səbəb ola bilər" - Fomeko qeyd edib.

Dosent vurğulayıb ki, mikrodalğalı sobalar C vitamini itkisini sürətləndirir. Düyü, yarımfabrikat ət məhsullarının da mikrodalğalı sobada qızdırılması arzuolunan deyil.

Gülşən Şərif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 11 Avqust 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see348

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see340

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see255

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see252

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see243

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see234

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see234

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see226

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see225

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see223

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see220

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see212

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see208

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see193

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see192

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see189

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see186

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see182

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri