Icma.az
close
up
RU
Bu məhsulların qablaşdırılması ilə bağlı tədbirlər görüləcək DVX

Bu məhsulların qablaşdırılması ilə bağlı tədbirlər görüləcək DVX

Metbuat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən iqtisadiyyatın müxtəlif sahələrində şəffaflığın artırılması, o cümlədən, bəyannamələrdə istehsal həcmlərinin düzgün bəyan olunması, aksizli məhsulların dövriyyəsinə nəzarətin gücləndirilməsi və vergi intizamının gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Metbuat.az xəbər verir ki, iyunun 24-də DVX-də pivə istehsalı sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri ilə görüş keçirilib. Görüşdə qeyd olunan bazarda şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər və aparılmış təhlillərin nəticələri barədə ətraflı məlumat verilib. Bildirilib ki, təhlillər və nəzarət tədbirləri zamanı bir sıra hallarda istehsal üçün tələb olunan xammalın qanunvericiliyin tələblərinə uyğun sənədləşdirilmədən dövriyyəyə daxil edilməsi, eləcə də uçotdan gizlədilməsi faktları aşkarlanıb. Belə halların istehsal həcmlərinin düzgün bəyan edilməməsinə və vergi risklərinin yaranmasına səbəb olduğu vurğulanıb. Qanunvericiliyin tələblərini pozan şəxslər barəsində tədbirlər görüldüyü xüsusi qeyd olunmaqla yanaşı, vergi nəzarətinin daha da genişləndiriləcəyi bildirilib.

Görüş zamanı bu sahədə həyata keçirilmiş son nəzarət tədbirlərinin nəticələri müzakirə olunub, qanunvericiliyin tələbləri bir daha iştirakçıların diqqətinə çatdırılıb. Bildirilib ki, həm istehsalçılar, həm də məhsulların topdan və pərakəndə satışı ilə məşğul olan təsərrüfat subyektləri tərəfindən aksizli mal hesab edilən pivənin satışının qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməməsi, əməliyyatların müvafiq informasiya sistemində qeydiyyata alınmaması, eləcə də aksiz markası ilə markalanmamış məhsulların dövriyyəyə buraxılması hallarına vergi nəzarəti tədbirləri zamanı xüsusi diqqət yetirilir. Bu kimi halların qarşısının alınması məqsədilə qanunvericilik çərçivəsində sərt tədbirlər görüləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 25 İyun 2026 21:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri