Icma.az
close
up
RU
İstintaqdan yayınan blogerlərlə bağlı bu tədbirlər GÖRÜLƏCƏK

İstintaqdan yayınan blogerlərlə bağlı bu tədbirlər GÖRÜLƏCƏK

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Baş prokurorluğu bir müddət əvvəl xaricdə yaşayan blogerlərə istintaqa gəlmələri üçün müraciət etdmişdi. Qanunvericiliyə uyğun olaraq, istintaqa çağırılanlar arasında Elşad Məmmədov, Məhəmməd Mirzəli, Qabil Məmmədov, Tural Sadıqlı, Qurban Məmmədov və digərlərinin adları var.

Bu şəxslərdən bəziləri haqda hətta məhkəmə qiyabi olaraq hökm də çıxarıb.

Onlar isə hələ ki istintaqa gəlməkdən boyun qaçırıblar.

Maraqlıdır ki, belə hallarda qanunla prokurorluq hansı addımları ata bilər?

Mövzu ilə əlaqədar Modern.az-a danışan hüquqşünas, Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, bu məsələdə mövcud qanunvericilik olduqca aydındır:

“Cinayət Prossesual Məcəllə və "Prokurorluq haqqında" qanun prokurorluğun çağırışını məhkəmə və istintaq orqanlarının qanuni tələbi hesab edir. Bu o deməkdir ki, çağırışa əməl etmək yalnız vətəndaş borcu deyil, həm də hüquqi öhdəlikdir. Çağırışa gəlməmək prosessual intizam pozuntusu sayılır və qanun bunun üçün ardıcıl hüquqi mexanizmlər müəyyən edib.
Birinci mərhələ çox sadədəir. İlkin mərhələdə çağırış təqdim olunur, burada kimin nə vaxt və hansı məqsədlə istintaq orqanına gəlməli olduğu, gəlməməyin hansı nəticələri doğuracağı aydın şəkildə göstərilir. Çağırış yazılı və ya elektron qaydada təqdim olunur. Qanun şəxsin üzr istəmək hüququnu da tanıyır. Xəstəlik, ailə vəziyyəti, fövqəladə hallar kimi məsələlər üzrlü sayılır.
Üzrsüz gəlməmək isə növbəti mərhələyə - məcburi gətirilməyə yol açır. Cinayət Prosessual Məcəllədə bu, ayrıca tənzimlənir. Məcburi gətirmə hüquqi baxımdan çağırışa tabe olmayan şəxsin dövlətin prossesual iradəsinə tabe etdirilmə vasitəsidir. Sadə dillə desək, bu, polis və ya digər səlahiyyətli orqan tərəfindən şəxsin məcburi formada istintaqa gətirilməsidir. Qərarı müstəntiq və prokuror verir və sənəd icra üçün göndərilir. Burada məqsəd cəzalandırmaq yox, ədalət mühakiməsinin normal axarını təmin etməkdir. Məcburi gətirilmə zamanı şəxsin hüququları, əlbəttə ki, qorunur. Fiziki zor yalnız zəruri hallarda tətbiq oluna bilər. Hansı hallarda fiziki zor tətbiq edilə biləcəyinin də siyahısını qanunvericilik tam təsbit edib. Hamilə qadınlara, 14 yaşına çatmamış şəxslər və səhhətinə görə hərəkət edə bilməyənlərə isə bu tədbirlər tətbiq edə bilməz.
Şəxs çağırışlardan yayınmağa davam edir, yaşayış yerini gizlədir və xaricdə yaşamağını bəhanə edirsə, növbəti mexanizm - axtarış və tutulma qərarı olur. Prokuror belə hallarda ölkə daxilində axtarış elan edə bilər. Lazım olduğu halda İNTERPOL vasitəsilə beynəlxalq axtarışa da verilə bilər. Həmin şəxs 48 saat ərzində istintaq orqanına gətirilir, bu müddət ərzində ona hüquqları izah edilir və müdafiəçi ilə təmin olunur. Bu artıq prosesin hüquqla təmin olunmuş sərt mərhələsi hesab olunur. Vəziyyət bəzən elə gətirir ki, nə şəxs istintaqın çağırışına tabe olur, nə də beynəlxalq axtarış nəticə verir. Belə olan hallarda istintaq prosesi dayanmasın deyə, işə qiyabi formada baxıla bilir. Qiyabi icraat sübutlar kifayət qədər toplandıqda və şəxsin qəsdən prossesual iştirakdan yayınması təsdiq olunduqdan sonra baş tutur.
Görürsünüz ki, Azərbaycan Baş prokurorluğu bu şəxslər barədə hətta KİV vasitəsilə də elan verdi ki, istintaqa gəlsinlər. Onlar isə bundan da imtina ediblər. Qiyabi hökmdən sonra həmin şəxslər tutulduqda, hökm tətbiq edilir. O da müdafiə hüququndan istifadə edərək, işə yenidən baxılmasını tələb edə bilər”.

Ə.Nuriyev vurğulayıb ki, bu mexanizmlər həm dövlətin hüquqi davamlılığını, həm də şəxsin müddafiə imkanlarını balansda saxlayır:

“Çağırışa gəlməmək birbaşa cinayət məsuliyyəti doğurmur, lakin davranışın davamlılığı istintaqın işinə maneə kimi qiymətləndirilir. Cinayət Məcəlləsinin 146-cı maddəsi (məhkəmə qərarlarını icra etməmək) də tətbiq oluna bilər. Yuxarıda sadaladığımız mexanizmlərin hamısı bir məqsədə - ədalət mühakiməsinin fasiləsizliyini təmin etməyə yönəlib. Dövlət heç bir şəxsin çağırışa tabe olmaması, gizlənməsi ilə ədalət sisteminin işini dayandırmır. Bu, qanunun aliliyinin təmin edilməsinin və vətəndaş məsuliyyətinin göstəricisidir. Qanuni çağırışa gəlməmək yalnız prosessual pozuntu deyil, həm də özünün mədəniyyətinə, ictimai etimada zərbədir. Nəticə etibarilə prokurorluğun çağırışına üzrsüz səbəbdən gəlməyən şəxs ya zorla gətirilir, ya da axtarışa verilir, uzun müddət qəsdən istintaqdan yayınma olduqda isə məhkəmə qiyabi olaraq hökm verir. Bu qanunun aliliyinin təminatı olmaqla yanaşı, vətəndaşın hüquqi məsuliyyətinin göstəricisidir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 Oktyabr 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri