Icma.az
close
up
RU
“Bu, mənim üçün gözlənilməz oldu”

“Bu, mənim üçün gözlənilməz oldu”

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasının I turunun “Sumqayıt” – “Neftçi” oyunundan (1:3) sonra qonaq komandanın baş məşqçisi Yuri Vernidub jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları dedi:

– Oyunu necə şərh edərdiniz?

– “Sumqayıt” doğma meydanında yaxşı oynayır. Bu il komandada çoxlu dəyişikliklər olub. Onlar haqqında kifayət qədər materialımız yox idi. Kömək üçün kimə dediksə, bizə “yox” cavabını söylədilər. Yalnız “Şamaxı” ilə yoxlama matçlarını izləmək imkanımız olmuşdu və onda da 4 müdafiəçi ilə meydana çıxmışdılar. Bu gün isə fərqli taktika ilə oynadılar. Əsas məqam bizim necə çıxış etməyimizdir. 3 qol vurduq və daha bir neçə fürsətdən yararlana bilmədik. Eyni zamanda, sadə qol buraxdıq. Bu, mənim üçün gözlənilməz oldu. Mövsümə qələbə ilə başlamaq vacib idi.

– Endryu Qravilyon yarımmüdafiədə oynadı. Gələcəkdə də bu mövqedə çıxış edəcək?

– Qravilyon universal futbolçudur. Bir neçə fərqli mövqedə oynamağı bacarır. Belə futbolçu məşqçi üçün də önəmlidir. Yeni transferlərin uyğunlaşması üçün vaxta ehtiyacı var. Yenilərdən bu gün Tupta və Rüfət startda şans qazandı və özlərini pis göstərmədilər.

– Rəqib azlıqda qalandan sonra sanki matçdan qopdunuz. Bu, nə ilə bağlı idi?

– Rəqibin qoldan başqa epizodu oldu? Xatırlamıram, amma bizim epizodlarımız kifayət qədər çox idi. Bunları dəyərləndirə bilsəydik, hesab daha fərqli alınardı. Azərbaycan çempionatında bütün komandalar demək olar, bərabərdir. Məsələn, “Turan Tovuz” – “Qəbələ” oyununda minimal fərq oldu. Digər görüşdə də bərabərlik qeydə alındı.

– Ukraynalı futbolçu Qutsulyakla danışıqlar apardığınız doğrudur?

– Bəzən elə futbolçuların adları hallanır ki, heç onları tanımıram. Belə şeylər menecerlərin işləridir. Qutsulyakla bağlı məlumatım yoxdur. Olsaydı, bunu açıq şəkildə deyərdim. Ümumilikdə, Qutsulyak möhtəşəm oyunçudur. Yaxşı sürəti, driblinqi var. Sol ayaqla gözəl zərbələr də endirə bilir. Fərq yaratmağı bacaran futbolçudur. “Neftçi”də oynamaq istəsə, imtina etməzdim.

– Moldova mətbuatının iddiasına görə, “Şerif” rəhbərliyi də sizinlə əlaqə saxlayıb.

– Bunu sizdən eşidirəm. Mənim “Neftçi” ilə müqaviləm var. Hər şeydən razıyam. Tez-tez komanda dəyişən biri deyiləm. Müqaviləmə uyğun işimi davam etdirirəm. Böyük pullar təklif etsələr, yenə getmərəm. Mənim üçün işim, müqaviləm önəmlidir. Qazancım da məni qane edir. Ailəm var, gəlirim hamımıza kifayət etməlidir və indiki məqamda buradakı məvacib buna bəs edir.

– Kenan Piriç komandadan ayrılıb?

– Heyətdədir, sadəcə zədəsi var. Komandanı gücləndirməliyik. Bu istiqamətdə işlərimiz davam edir. Öz üslubumuza uyğun oyunçular axtarırıq. Futbolçuların bəzən böyük tələbləri olur, amma inanıram ki, istədiyimizi tapacağıq. Biz pulu öz əziyyəti ilə qazanmağa üstünlük verən futbolçuları  gətirmək arzusundayıq. Hazırda heyətdə yerli oyunçular da var. Bu, milli komandanın formalaşmasında da rol oynayacaq. Hər futbolçu öz üzərində ciddi şəkildə çalışır. Biz də istəyirik ki, onlar yaxşı nəticələr ortaya qoysunlar.

Şahin Cəfərov 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 16 Avqust 2026 21:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri