Hacıbaba Məmmədov: Bu qərar mənim üçün gözlənilməz oldu
Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Çalışacağam ki, öncə tamaşaçı kütləsi formalaşsın”.
Bunu Qaynarinfo-ya açıqlamasında Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına yeni direktor təyin olunan Hacıbaba Məmmədov deyib.
O, bu qərarın onun üçün də gözlənilməz olduğunu bildirib:
"Artıq kollektivə təqdim olunmuşam. Burada çalışan aktyorların əksəriyyətini tanıyıram. Çalışacağam ki, mənə göstərilən etimadı doğruldam. Əsas məqsədlərimizdən biri teatrın ilk öncə öz tamaşaçı kütləsini formalaşdırması olacaq".
Qeyd edək ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Hacıbaba İsmayıl oğlu Məmmədov teatrın direktoru təyin edilib. Bu təyinata qədər teatrın direktor səlahiyyətlərini Zivər Abbasova icra edirdi.
Bahar Rüstəmli
Baxış sayı:101
Bu xəbər 24 İyul 2026 16:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















