“Bu məsələ çox ciddidir, vətəndaş qəbullarında daim qaldırılır”
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
“Artezian quyuları ilə bağlı məsələ çox ciddidir. Bu, vətəndaş qəbullarında da daim qaldırılan məsələlərdən biridir və bunun kökündə iqtisadi səbəb dayanır”.
“Qafqazinfo” xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında “Aqrar sahə haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Elektrik enerjisinin xərci yüksək olduğuna görə heç kim həmin artezian quyusuna sahib çıxmaq istəmir. Kənd Təsərrüfatı Nazirliyi olaraq bizim bir təklifimiz və həll yolumuz var.
Artıq Subsidiya Şurasında bununla bağlı qərar verilib. 1 yanvar 2027-ci ildən kənd təsərrüfatı təyinatlı obyektlərdə, xüsusilə də su təyinatlı artezian quyularında günəş panellərinin quraşdırılmasına 50 faiz dövlət güzəşti veriləcək.
Bizim təklifimiz ondan ibarətdir ki, günəş panelləri həmin artezian quyularında quraşdırılsın. Bu halda xərclərin 50 faizini dövlət, Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə qarşılayacaq və elektrik enerjisi xərcləri əhəmiyyətli dərəcədə aşağı düşəcək. Bundan sonra vəziyyət avtomatik olaraq əksinə dəyişəcək və insanlar deyəcəklər ki, “yox, artezian quyusu mənimdir”. Yəqin ki, onlar həmin quyuları sahiblənməyə çalışacaqlar”, - nazir qeyd edib.
Nuranə Daxilqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 07 Oktyabr 2026 13:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















