Bu məsələdə zərrə qədər tərəddüd göstərmərik Ərdoğan
Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"İstər bazar manipulyasiyası, istər birja oyunları, istərsə də bələdiyyələrdə olduğu kimi açıq-aşkar korrupsiya yolu ilə olsun, kim millətin haqqına, hüququna, malına və mülkünə əl uzadırsa, qarşısında bizi, dövləti görəcək".
"AzPolitika" "Report"a istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra Ədalət və İnkişaf Partiyasının sədrinin müavini Fatma Betül Sayan Kaya ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.
"Heç kim bizi başqaları ilə qarışdırmasın. Heç kim bizi milyardlarla lirəlik korrupsiya hallarını müdafiə etmək üçün meydan-meydan, şəhər-şəhər gəzənlərlə müqayisə etməsin. Biz onlara bənzəmirik. Bizim qırmızı xəttimiz əziz millətimizdir. Söhbət millətimizdən gedəndə mövqeyimiz bəllidir. Biz nə haqq yeyərik, nə də vətəndaşın haqqının tapdalanmasına göz yumarıq.
Heç vaxt başqaları kimi haqq yeyənləri müdafiə etmək yoluna getmərik. Aramızdakı fərq məhz budur. Söhbət insanımızın rahatlığından, 86 milyon insanın iqtisadi təhlükəsizliyindən, rifahından və inkişafından gedirsə, bu məsələdə zərrə qədər tərəddüd göstərmərik", - deyə o əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 28 Sentyabr 2026 22:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















