Icma.az
close
up
RU
Bu məşhur ərazidən sola dönənlər cərimələnir AÇIQLAMA

Bu məşhur ərazidən sola dönənlər cərimələnir AÇIQLAMA

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Binəqədi rayonu ərazisində, “Qoşa zapravka” kimi tanınan ərazidə yolayrıcına çatmamış 5.8.1 məlumatverici nişanı quraşdırılıb. Həmin hissədən “Lukoil” istiqamətinə sola dönən sürücülər kamera vasitəsilə cərimələnirlər. Əvvəllər həmin ərazidə sola dönən avtomobillərə cərimə tətbiq olunmurdu. Bəzi sürücülər hesab edir ki, bu nişanın qüvvəsi qoşa xətt başladığı andan etibarən qüvvədən düşür. Əslində isə elə deyil. Məsələni dəqiqləşdirmək üçün nəqliyyat eksperti ilə əlaqə saxladıq.
Nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a açıqlamasında bildirib ki, əgər orada sola dönməni qadağan edən nişan yoxdursa, bu o demək deyil ki, mütləq sola dönülməlidir.
"Demək ki, orada sola dönəndə qəza riski yaranır, tıxac yaranır, ona görə də sola dönmə məsləhət görülməyib. Onun üçün də nişan da qoyulub hətta ora.
"Həmin ərazidə nişan quraşdırılıb, üç zolaqdır. Hər zolağın da istiqaməti konkret göstərilib: yalnız düz və bir də sağa. Deməli, birinci zolaqdan, sağ zolaqdan sağa getmək olar, ikinci və üçüncü zolaqlardan yalnız düz getmək olar. Əgər hansısa sürücü düşünürsə ki, bu nişan öz qüvvəsini yol ayrımında artıq itirir, onu deyim ki, ora hələ bitmiş sayılmır. Niyə görə? Çünki həmin ərazidə bordür tamamlanması məsələsi olmalıdır ki, o yol ayrımının bitməsini göstərsin. Amma orada o yoxdur."
"Sürücülərə tövsiyə edirik ki, qoyulmuş nişanlara əməl eləsinlər. Məsələn, Bakı şəhərində buna bənzər hadisələr də var . Tutaq ki, sola dönmə nişanı qoyulub yolun sol zolağından. Yəni axırıncı sol zolaqdan sola dönmək olar və digər iki zolaqdan da düz getmək olar. Sürücülər gəlib sola dönmək zolağından geriyə dönmə əməliyyatı edirlər və deyirlər ki, əgər buradan sola dönmək olarsa, deməli geriyə dönmək də olar. Və yaxud da ki, geriyə dönməni qadağan eləyən nişan qoyulmayıb. Məgər hər yerə qadağanedici nişan qoyulmalıdır? Əgər bura nişan qoyulubsa ki, sola dönməlisən, deməli sola dönməlisən.
Geriyə dönmə əməliyyatı eləyəndə orada sıxlıq yaranır, tıxac yaranır, qəza riski yaranır. Bunu da sürücülər başa düşməlidirlər. Təəssüf ki, mən özüm də hər gün müşahidə edirəm, misal çəkə bilərəm Fəzail Bayramov küçəsində. Orada qarşıda dairə var, sürücülər gəlib həmin dairədə dövr eləyib geri dönmək əvəzinə, avtomobil yolunun ortasında məntəqəyə giriş yerindən geri dönmə hərəkəti edirlər və orada qəza riski yaradırlar gün ərzində. Ona görə də mən demirəm ki, burada bütün sürücülər günahkardır, amma çox təəssüf ki, bizim bir qısım sürücülərimiz var ki, qayda pozmağa meyillidirlər. Nişan varsa, nişanın tələbinə uyğun rəftar eləmək lazımdır."
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:189
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 May 2026 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see301

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see273

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see270

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see255

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see246

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see246

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see245

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see238

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see230

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see229

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see220

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see212

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see211

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see210

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see202

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see200

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see196

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see195

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri