Bu məşqçi Beşiktaş a yox, Monako ya üstünlük verdi
Icma.az, Footbal-plus saytına istinadən bildirir.
Sərgən Yalçın ilə yollarını ayırdıqdan sonra məşqçi axtarışlarını davam etdirən ''Beşiktaş''la bağlı diqqətçəkən xəbər var.
"Football-plus.az" xəbər verir ki, son iki gündə İstanbul nəhənginin Filipe Luisə ciddi maraq göstərdiyi, hətta yeni idman direktoru Öndər Özənin bu məşqçi ilə danışıqlar aparmaq üçün Portuqaliyaya yollandığı da məlum olmuşdu. Amma son olaraq ''Flamenqo''nun başında böyük uğurlar qazanmaqla adından söz etdirən gənc mütəxəssis ''Beşiktaş''ın təklifini geri çevirib. Filipe Luis Fransada işləməyə üstünlük verib və ''Monako''nun təklifini qəbul edib.
Öndər Özən də danışıqları dayandıraraq Türkiyəyə geri dönüb. Luis Öndər Özənin rəhbərliyə təqdim etdiyi məşqçilərin siyahısında birinci pillədə idi. Artıq ''ağ-qaralar'' alternativ variantlara yönəliblər. Özən vətənə qayıdan kimi rəhbərliyə yeni məşqçilərin siyahısını təqdim edib.
Türkiyə mətbuatının yazdığına inansaq, orda adı bəlli olmayan bir ispaniyalı məşqçi var. Eləcə də PAOK-u çalışdıran Razvan Luçesku da Öndər Özənin böyük simpatiya bəslədiyi məşqçilərdən biridi. Mirça Luçeskunun oğlu olan Razvan əvvəlki dönəmlərdə də bir neçə dəfə ''Beşiktaş''ın gündəmində yer alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 28 May 2026 18:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















