Icma.az
close
up
RU
Bu meyvə həm tox saxlayır, həm də immuniteti gücləndirir

Bu meyvə həm tox saxlayır, həm də immuniteti gücləndirir

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yapon əzgili, muşmula və ya yenidünya meyvəsi – vətəni Çin, Yaponiya və Şimali Hindistan olan, həmişəyaşıl Eriobotrya japonica növünə aid meyvə ağacıdır. Çində bu ağac və onun meyvəsi uzun illərdir tibbi baxımdan dəyərli hesab olunur.

Ölkə.az "Medicina.com.tr"yə istinadla yapon əzgili ilə bağlı maraqlı araşdırmanı təqdim edir.

Bu gün dünyanın isti iqlimə malik bölgələrində yetişdirilən yapon əzgili sarı-narıncı rəngdə olur. Qabığı adətən məxməri quruluşa malikdir, meyvəsi isə sərt toxumalı və şirin-turş dada sahibdir. 

Yapon əzgilinin qida dəyəri və kalorisi

100 qram yapon əzgilisinin qida dəyərləri aşağıdakı kimidir:

Enerji: 50 kkal

Karbohidrat: 12,14 q

Lif: 1,7 q

Yağ: 0,2 q

Zülal: 0,43 q

A vitamini: 76 mkq

B1 vitamini (tiamin): 0,019 mq

B2 vitamini (riboflavin): 0,024 mq

B6 vitamini: 0,1 mq

B9 vitamini (fol turşusu): 14 mkq

C vitamini: 1 mq

Kalsium: 16 mq

Dəmir: 0,28 mq

Maqnezium: 13 mq

Manqan: 0,148 mq

Fosfor: 27 mq

Kalium: 266 mq

Natrium: 1 mq

Sink: 0,05 mq

Karoten: 160 mkq

Liflə zəngin və aşağı kalorili olan yapon əzgili arıqlamağa və iştahı nəzarətdə saxlamağa kömək edir. Tərkibindəki A vitamini göz sağlamlığını yaxşılaşdırır, C vitamini immuniteti gücləndirir, B6 vitamini isə beyin funksiyalarını dəstəkləyir. Kalsium və maqnezium güclü sümük və oynaqların formalaşmasına kömək edir, dəmir isə qan dövranını dəstəkləyir.

Yapon əzgili lif, A vitamini və manqan baxımından zəngindir. Buna görə də immuniteti gücləndirməyə, qəbizliklə mübarizəyə və diabet riskinin azalmasına kömək edə bilər.

Yapon əzgili həmçinin flavonoidlər, triterpenlər, polifenollar, karotenoidlər, üzvi turşular və efirlər kimi antioksidantlarla zəngindir. Bu antioksidantlar iltihabəleyhinə xüsusiyyətlərə malikdir və dəri problemlərinin müalicəsinə, diabet əlamətlərinin idarə olunmasına və xərçəng riskinin azalmasına kömək edə bilər.

Göz sağlamlığını yaxşılaşdırır

Yapon əzgili görmə sinirini, torlu qişanı və gözün digər hissələrini zədələnmədən qoruyan karotenoid antioksidantlar və A vitamini ilə zəngindir. Bu qidalar həmçinin yaşa bağlı makula degenerasiyası, qlaukoma və katarakta kimi ciddi göz xəstəliklərinin riskini azaltmağa kömək edir.

Xərçənglə mübarizəyə dəstək olur

Yapon əzgili, xüsusilə bitki mənşəli antioksidantlar olan bioflavonoidlərlə zəngindir. Bu maddələr mədəaltı vəzi və bağırsaq xərçənginin əlamətlərini azaltmağa kömək edə bilər. Həmçinin qadın hormonlarından olan estrogenin həddindən artıq səviyyəsini azaltmaqla döş xərçəngi riskinin azalmasına dəstək ola bilər. Tərkibindəki təbii liflər yoğun bağırsaq sağlamlığını qorumağa və kolon xərçəngi riskini azaltmağa kömək edir.

Osteoporozun qarşısını almağa kömək edir

Osteoporoz duruşa, əzələ və sümük funksiyalarına, eləcə də elastikliyə mənfi təsir göstərən ciddi xəstəlikdir. Yapon əzgili ətraflarda yaranan ağrı və narahatlığın azalmasına kömək edə bilər. Tərkibindəki kalsium və maqnezium isə sümükləri möhkəmləndirərək birləşdirici toxumaların gücünü artırır.

Ürək sağlamlığını qoruyur

Kaliumla zəngin olan yapon əzgili qan təzyiqinin normada saxlanmasına kömək edir. O, ürək əzələlərinin fəaliyyətini dəstəkləyir, pis xolesterinin (LDL) səviyyəsini azaltmağa və yaxşı xolesterinin (HDL) səviyyəsini artırmağa kömək edir. Bu xüsusiyyətləri sayəsində infarkt və insult riskinin azalmasına dəstək ola bilər.

Əzələ qıcolmaları və spazmlarını yüngülləşdirir

Yapon əzgili əzələlərin normal fəaliyyəti üçün vacib olan maqneziumla zəngindir. Buna görə də əzələ ağrıları və qıcolmaların azalmasına kömək edə bilər. Xüsusilə intensiv fiziki məşqdən sonra yaranan əzələ gərginliyi və narahatlığı azaltmaq üçün faydalı hesab olunur.

Qəbizliklə mübarizəyə kömək edir

Yapon əzgili nəcisə həcm verən və onu yumşaldan həll olunan lif növü olan pektinlə zəngindir. Bu da bağırsaq hərəkətlərinin asanlaşmasına və qəbizliyin qarşısının alınmasına kömək edir.

İmmuniteti gücləndirir

Yapon əzgili manqan, karotenoidlər və flavonoidlər kimi antioksidant maddələrlə zəngindir. Bu maddələr immun sisteminin hüceyrələrini gücləndirərək onların viruslara, göbələklərə və bakteriyalara qarşı daha effektiv mübarizə aparmasına kömək edir.

Xolesterin səviyyəsini qorumağa kömək edir

Yapon əzgilinin tərkibindəki lif bağırsaqlarda yağların sorulmasını azaltmağa kömək edir. Bu isə qandakı xolesterin və triqliserid səviyyələrinin normal həddə saxlanılmasına dəstək ola bilər.

Metabolik prosesləri yaxşılaşdırır

Yapon əzgili antioksidant və iltihabəleyhinə təsirə malik bioaktiv birləşmələr olan ursol turşusu və xlorogen turşu ilə zəngindir. Bu maddələr qaraciyərin fəaliyyətini qorumağa və metabolik prosesləri yaxşılaşdırmağa kömək edə bilər.

Arıqlamağa kömək edir

Yapon əzgili aşağı kalorili meyvədir və buna görə arıqlama pəhrizlərinə daxil etmək üçün yaxşı seçim hesab olunur. Onun tərkibində mədədə geləbənzər quruluş yaradan pektin adlı lif mövcuddur. Bu lif qidanın həzm müddətini uzadır və uzun müddət toxluq hissi yarada bilər.

Sümükləri möhkəmləndirir

Yapon əzgilinin tərkibində olan kalsium sümüklər tərəfindən mənimsənilərək optimal sümük sıxlığının qorunmasına kömək edir. Həmçinin yüksək miqdarda maqnezium və fosfor hüceyrə və toxumaların mineral maddələri daha yaxşı mənimsəməsini təmin edərək sümük sağlamlığını dəstəkləyir.

Dərinin qocalmasını ləngidir

Yapon əzgili dəri hüceyrələrinin qocalma prosesini yavaşlatmağa kömək edən spermidin maddəsini ehtiva edir. Flavonoid mənşəli karoten antioksidantları qırışların, incə xətlərin və sallanmış dərinin görünüşünü azaltmağa kömək edir. Yapon əzgilinin yeyilməsi və ya şirəsinin içilməsi dərinin elastikliyini və möhkəmliyini qorumaq üçün vacib olan kollagen istehsalını da artırmağa kömək edə bilər.

Diabetin qarşısını almağa kömək edə bilər

Yapon əzgili qidalardakı karbohidratların sorulmasını ləngidən liflə zəngindir. Bu xüsusiyyət qan şəkərinin tənzimlənməsinə kömək edə, insulin müqaviməti və diabet riskini azalda bilər.

Tənəffüs sistemi problemlərinin müalicəsinə dəstək olur

Yapon əzgilinin yarpaqlarından hazırlanan çay ənənəvi olaraq öskürək, bronxit və astma kimi tənəffüs yolu xəstəliklərinin müalicəsində istifadə olunur. Bunun səbəbi yarpaqların təbii iltihabəleyhinə, antioksidant və immun sistemi tənzimləyən xüsusiyyətlərə malik olmasıdır.

Yaddaşı gücləndirir

B6 vitamini (piridoksin) ilə zəngin olan yapon əzgili beyin fəaliyyətini, yaddaşı, diqqəti, əhval-ruhiyyəni və intellektual qabiliyyətləri dəstəkləyə bilər. Həmçinin Alzheimer xəstəliyi və demensiya kimi neyrodegenerativ pozuntuların qarşısının alınmasına kömək edə bilər.

Yapon əzgili necə istehlak olunur?

Qabığı soyularaq və çəyirdəkləri çıxarılaraq yeyilə bilər. Meyvə salatları və smuzilərdə istifadə oluna bilər. Mus, keks, jele və sousların hazırlanmasında istifadə edilə bilər. Qatıq və ya südlə birlikdə istehlak oluna bilər. Mürəbbə, cem və müxtəlif şirniyyatların hazırlanmasında istifadə edilə bilər.

Yapon əzgilinin yan təsirləri nələrdir?

Yapon əzgilinin normada istehlakı adətən sağlamlıq problemi yaratmır. Lakin çiy və ya yetişmiş meyvənin həddindən artıq qəbulu mədə, bağırsaq və böyrəklərlə bağlı həzm problemlərinə səbəb ola bilər.

Bundan əlavə, yapon əzgilisinin çəyirdəklərində çox az miqdarda sianid tərkibli sianogen qlikozidlər mövcuddur. Buna görə də çəyirdəklərinin yeyilməsi tövsiyə edilmir.

Yapon əzgili bəzi insanlarda allergik reaksiyalara da səbəb ola bilər. Bu reaksiyalar dəri səpkiləri, ürəkbulanma, qusma və ağır hallarda həyati təhlükə yaradan anafilaksi ilə özünü göstərə bilər. Buna görə də allergiya və ya həssaslıq əlamətləri müşahidə olunarsa, yapon əzgilinin istehlakından çəkinmək tövsiyə edilir.

Yapon əzgili hamiləlik dövründə istehlak edilə bilərmi?

Yapon əzgilisi yüksək lif tərkibli meyvə olduğundan hamilə qadınlarda tez-tez rast gəlinən qəbizlik və ödem kimi problemlərin aradan qaldırılmasına kömək edə bilər.

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://olke.az
archiveBu xəbər 25 İyun 2026 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see325

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see318

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see311

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see283

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see275

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see253

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see245

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see239

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see232

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see227

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see222

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see220

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see214

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see214

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see209

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see207

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see189

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see185

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri