Icma.az
close
up
RU
Bu milli mənəvi dəyərlərə söykənən inkişaf manifestidir

Bu milli mənəvi dəyərlərə söykənən inkişaf manifestidir

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə  "Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası təsdiqlənib. Konsepsiya özündə nələri əxz edir, ondan nə kimi dividendlər götürə biləcəyik?

Qaynarinfo xəbər verir ki, mövzunu "Ədəbiyyat və incəsənət” qəzetinə şərh edən tanınmış yazıçı, politoloq Adəm İsmayıl Bakuvi deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən "Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası ölkənin mədəni inkişafına dair uzunmüddətli, strateji və sistemli baxışı əks etdirən mühüm dövlət sənədidir. Bu Konsepsiya qloballaşan dünyada milli mədəni kimliyin qorunması, zəngin mədəni irsin davamlı inkişafı və Azərbaycanın mədəni potensialının beynəlxalq miqyasda gücləndirilməsi məqsədini daşıyır.

"Konsepsiyanın əsas ideya xətti Azərbaycan xalqının minilliklər boyu formalaşmış mədəni irsinin – dilinin, ədəbiyyatının, musiqisinin, teatr və kino sənətinin, memarlıq və təsviri sənət nümunələrinin qorunaraq müasir çağırışlara uyğun şəkildə inkişaf etdirilməsidir.

Burada əsas prinsip ənənə ilə innovasiyanın vəhdətidir. Sənəd mədəniyyəti yalnız keçmişin mirası kimi deyil, həm də gələcəyin formalaşdırıcı gücü kimi təqdim edir. Və bundan əlavə: "Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası mədəniyyəti dövlət siyasətinin mühüm tərkib hissəsi kimi müəyyən edir. Bu sənəd mədəniyyətin sosial-iqtisadi inkişaf, milli təhlükəsizlik, ideoloji sabitlik və humanitar diplomatiya ilə sıx bağlı olduğunu vurğulayır. Mədəniyyət cəmiyyətin mənəvi dayağı olmaqla yanaşı, ölkənin beynəlxalq nüfuzunun artırılmasında da mühüm rol oynayır.

Əsas prioritet istiqamətləri sadalayıram:

1.Maddi və qeyri-maddi mədəni irsin qorunması – tarixi abidələrin, muzey fondlarının, folklorun, muğamın, aşıq sənətinin və digər milli irs nümunələrinin mühafizəsi və təbliği;

2.Müasir mədəni industriyaların inkişafı – kino, animasiya, dizayn, rəqəmsal incəsənət, kreativ sənayelərin stimullaşdırılması;

3.Rəqəmsallaşma və innovasiya – mədəni irsin rəqəmsal platformalarda təqdimatı, elektron arxivlərin yaradılması;

4.İnsan kapitalının gücləndirilməsi – mədəniyyət sahəsində peşəkar kadrların hazırlanması, gənc istedadların dəstəklənməsi;

5.Beynəlxalq mədəni əməkdaşlıq – Azərbaycan mədəniyyətinin dünya miqyasında tanıdılması, mədəni diplomatiyanın gücləndirilməsi.

 Konsepsiya mədəniyyətin yalnız paytaxt mərkəzli deyil, regionlar üzrə balanslı inkişafını əsas hədəflərdən biri kimi müəyyən edir. Regionlarda mədəni infrastrukturun gücləndirilməsi, yerli mədəniyyət ocaqlarının fəaliyyətinin canlandırılması və icmaların mədəni proseslərə fəal cəlb olunması mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, mədəniyyətin inklüzivliyi – bütün sosial qruplar üçün əlçatan olması xüsusi vurğulanır.

Qeyd edim ki, "Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası təkcə bir proqram sənədi deyil, milli-mənəvi dəyərlərə söykənən strateji inkişaf manifestidir. Bu sənəd Azərbaycanın mədəniyyət sahəsində gələcək onilliklər üçün yol xəritəsini müəyyən edir və mədəniyyəti ölkənin dayanıqlı inkişafının əsas sütunlarından biri kimi təsbit edir.

Nəticə etibarilə, Konsepsiya Azərbaycan mədəniyyətinin qlobal mədəni proseslərdə özünəməxsus yer tutmasını, milli kimliyini qoruyaraq müasir dünyaya açılmasını və gələcək nəsillərə zəngin mənəvi miras ötürülməsini hədəfləyir. Bu isə, razılaşaq ki, günümüz üçün həlledici faktorlardan biridir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 16 Yanvar 2026 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri