Icma.az
close
up
RU
BU MİLLİ SATQINLARLA NECƏ DAVRANMALI?

BU MİLLİ SATQINLARLA NECƏ DAVRANMALI?

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Nurəddin İSMAYIL

Bakıda SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərərək videogörüntülər yayan bir qrup şəxs saxlanılıb. Adamlar bu cür yürüşlə, öz aləmlərində Oktyabr inqilabının ildönümünü qeyd edirlərmiş.

Aksiyada SSRİ və Azərbaycan SSR-nin bayraqlarını qaldırıb, kommunist ideologiyasının təbliğatını aparıblar.

İlkin istintaqla müəyyən olub ki, həmin şəxslər öz fəaliyyətlərini başqa bir dövlətin dəstəyi və maliyyə yardımı əsasında qurub. Onların ofisinə baxış zamanı kommunist ideologiyasının təbliğinə yönəlik materiallar, bayraqlar, radikallığı təbliğ edən kitablar aşkarlanıb. Bu birinci hal deyil. Bu ilin may ayında İmişlidə faşizm üzərində Qələbə Gününə həsr olunan tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış edən İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun rus sevgisindən doğan canfəşanlığı heç kəsin yadından çıxmayıb. Bu hərəkətlərin heç də təsadüfi olduğu və ya nostalji övqatdan doğduğu inandırıcı görünmür. Hadisələrin məhz Rusiyanın Azərbaycana bu və ya digər formada göstərdiyi təzyiqlər artdıqdan sonra baş verməsi işin ucunun adı çəkilən dövlətlə, onun ölkəmizdə yerləşdirdiyi agentura şəbəkəsi ilə bağlı olduğu heç kəsdə şübhə doğurmur.

Bəs SSRİ, indiki halda Rusiya eşqi ilə yaşayan bu milli satqınlarla necə rəftar etməli, bunların Rusiyaya uzanan əlini necə kəsməli? İnsan nə qədər və nə dərəcədə manqurtlaşmalı, milli mənliyini, milli təəssüb hissini itirməlidir ki, onun tarixinə, milli varlığına qənim kəsilən, tarixi ərazisini iki yüz ildən artıq müddət ərzində işğalda, müstəmləkə altında saxlayan, siyasi istiqlalına əl uzadan, millətinə iyirmi yanvar qırğınını, Xocalı faciəsini yaşadan bir dövlətin imperia ambisiyasının yenidən dirçəlməsinə yardımçı olsun.

Hələ qalxıb, “SSRİ bayrağının qaldırılmasında nə var ki, Azərbaycanda demokratiyadır” deyən birisinin, YAP Veteranlar Şurasının sədri, Milli Məclis sədrinin sabiq birinci müavini A.Rəhimzadənin mətbuata verdiyi açıqlamanı eşidəndə, adamın ürəyi lap da bulanır. Döşünə Rusiyanın orden və medalları taxılan bu cür səlahiyyət sahiblərinin özü, düşüncə tərzi, yönümü nədirsə, onun bioloji, ideoloji törəmələri də bu cür olmalıdır.

Siz ey əbləh kölələr, rusbaşlı, anti milli kimsələr, rus süngüsünün axıtdığı qanlardan, rus siyasətinin başımıza gətirdiyi müsibətlərdən heçmi dərs almadınız?

Təkcə iki Qarabağ müharibəsində mürtəce rus siyasətinin qurbanı olan iyirmi min şəhidin ruhu heçmi sizi narahat etmədi?

Bu gün siyasi nailiyyətindən bəhrələndiyiniz ilk cümhurriyyətimizi qan gölündə batıran, gəzdirdiyiniz bayraqlar əlində 28 May isiqlalını 28 Aprel işğalı ilə əvəzləyib, qanlı süngüsünü ana vətənin köksünə soxan işğalçı rus ordusunun xiffətini çəkmək, nankorluq, milli satqınlıq deyilsə, bəs nədir?

Leninçi, Stalinçi kommunistlərin, onların siyasi, hərbi doktrinasına arxalanıb Azərbaycanda bir əsrdə neçə dəfə qətliamlar törədən erməni daşnaklarının qanımıza susaması nə tez yaddaşlardan silindi? Azərbaycanın say-seçmə oğullarına, düşünən beyinlərinə, sabahımıza işıq saçan aydınlarımıza 37-nin kabusunu, repressiyasını yaşadan, yüz minlərlə soydaşımızı öz dədə-baba yurdlarından didərgin salan, bir əsrdə bir neçə dəfə deportasiyaya məruz qoyan alçaq və yaramaz rus siyasəti ilə belə rahat barışmanın anlamı nə?

Müstəqillik hər bir xalqın ideal arzusu, tarixi nailiyyətidir. Azərbaycan öz müstəqilliyini, suverenliyini əldə etmək, rus, sovet işğalından, müstəmləkəsindən azad olmaq üçün yüzminlərlə can qurbanı verib, min cür məşəqqətlə, faciələrlə üzləşib. Məqsədiniz nədir, Zəfər qutlamalarında qürurla addımlayan Türkiyə, Azərbaycan əsgərinin təzədənmi işğalçı ordunun əsgəri ilə əvəzlənməsini istəyirsiniz?

Kimsə Azərbaycanın yüz il və ya son otuz il əvvəlki dövlət olduğunu düşünürsə, əlbəttə, yanılır. Hansısa bir qrupun, yad ölkələrin təsir dairəsinə düşən dəstənin Rusiyanın, İranın əlinə işləməsi, vətən bayrağını deyil, o dövlətlərin bayraqlarını gəzdirməsi diqqətdən yayınmamalı və onların bu pozucu əməlləri təhlükəszlik orqanlarının araşdırma obyektinə çevrilməlidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 27 Noyabr 2025 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri