Icma.az
close
up
RU
Bu model ölkəyə gətiriləndən bütün ekonom maşınların bazarı ölüb 100 ə 3 litr yandırır FOTO

Bu model ölkəyə gətiriləndən bütün ekonom maşınların bazarı ölüb 100 ə 3 litr yandırır FOTO

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son aylarda Azərbaycan avtomobil bazarındakı qiymətləri, satışları cəmi bir model "alt-üst edib".

Milli.Az bildirir ki, bu Çinin nəhəng BYD şirkətinin "Destroyer 05" modelidir. Hansı ki, 0 kilometr yürüşlü modelin Bakıya gömrük xərcləri daxil çatdırılması 22 min manata başa gəlir.

İngilis dilindən tərcümədə "məhv edən" olan bu model Azərbaycanda bir çox, xüsusən də ekonom maşınların hamısının bazarını "öldürüb". Belə ki, artıq, Kia cerato, Hyundai elantra, Toyota prius, Honda insight, Kia rio və digər ekonom maşınlara maraq kəskin azalıb.

Alıcılar 24 min manata 2016-2018-ci illərin "Hyundai"sini almaqdansa, 2025-ci ilin müasir texnologiyalara malik, 0 km "BYD"sini almağa üstünlük verirlər.

Bu modeli ən çox alanlar isə iş adamları və ya sahibkarlardır. Onlar bu maşınları "Bolt"a təqdim edərək aylıq gəlir əldə edirlər.

Bəs BYD Destroyer 05 modelini almağa dəyər?

BYD Destroyer 05 modeli yanacağa qənaətcil, eyni zamanda ekoloji cəhətdən təmiz texnologiyası ilə diqqət çəkir. Bu avtomobil Plug-in Hybrid (PHEV) texnologiyasından istifadə edir ki, bu da həm elektrik enerjisi, həm də daxili yanma mühərrikindən faydalanmağa imkan verir.

Plug-in hibrid sistemi sayəsində şəhər içi qısa məsafələrdə tamamilə elektrik rejimində işləyə bilər, bu da yanacaq xərclərini əhəmiyyətli dərəcədə azaldır. Elektrik mühərrikləri yüksək sürətlənmə və səssiz iş rejimi təqdim edir, daxili yanma mühərriki isə uzun məsafələrdə əlavə güc təmin edir. BYD, avtomobillərində müasir texnologiyalar, o cümlədən ağıllı idarəetmə sistemləri və böyük məlumat ekranları təklif edir. Eyni sinifdəki digər hibrid modellərlə müqayisədə BYD adətən daha münasib qiymətə malikdir.

Lakin nəzərə alınmalı məqamlar da mövcuddur. Məsələn, BYD avtomobilləri bəzi ölkələrdə texniki dəstək və xidmət şəbəkəsi baxımından məhdudiyyətlərlə qarşılaşa bilər. Bundan əlavə, yerli bazardakı ehtiyat hissələrinin mövcudluğu da mühüm amildir.

Əgər hibrid texnologiyaya marağınız varsa və əsasən şəhər içi istifadəyə yönəlmiş, ekoloji cəhətdən təmiz və qənaətcil avtomobil axtarırsınızsa, BYD Destroyer 05 yaxşı seçim ola bilər.

İslam
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 21 Yanvar 2025 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see173

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see154

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see154

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see140

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see138

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri