Icma.az
close
up
RU
“Bu mövqedə həll yollarını tapmağa çalışırıq” Dambrauskas

“Bu mövqedə həll yollarını tapmağa çalışırıq” Dambrauskas

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Premyer Liqasının X turunun “Sabah” – “Qəbələ” oyunundan (1:0) sonra meydan sahibi komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Qələbə münasibətilə azarkeşlərimizi, rəhbərliyi təbrik etmək istəyirəm. Çox çətin, ağır oyun oldu. Çox mübarizə aparan, döyüşən komandaya qarşı oynadıq. Hücum futboluna üstünlük verir, fərqli tərzdə oynayırlar. Eyni zamanda sürətli oyunçuları var. İrəlidə təhlükə yaratmağı bacarırlar. İlk hissədə çox təhlükə yaratdılar. Yaxşı qol şansları oldu. Bizim isə demək olar, ritmimiz yaxşı deyildi. Çalışırıq ki, rəqibi daha çox qapımızdan uzaq saxlayaq. Bugünkü oyunda mental cəhətdən çox iş gördük. Şadam ki, qapımızı toxunulmaz saxlaya bildik. Bəzən elə olur ki, üç xalları çox çətin əziyyətlə əldə edirsən. Bu gün bunu etdik. Mövsüm uzundur, qarşıda çox oyun var. İkinci hissədəki oyunumuzdan məmnun qaldım. Bəzi hücumlarımız var idi ki, yaxşı bitirə bilərdik. Oyunçuları qələbə münasibətilə təbrik edirəm.

– Aleksey İsayevin durumu necədir?
– Aleksey üçün qayıdış çətin idi. Bu gün daha çox istəyirdik ki, son ötürmələri versin, oyunu bitirsin. Düzdür, oyuna çıxması riskli idi. Uzun müddətdir, oynamır. Amma məşqlərdə çox istəklidir. Oynamaq üçün əlindən gələni edir. Tapşırıqları meydançada yerinə yetirdi.

– Şafranko ağır zədə alıb. Qış fasiləsində hücumçu transferi nəzərdən keçirilə bilərmi?
– Hələ transfer haqda düşünmürük. Daha çox növbəti görüşü – “Kəpəz”lə matçı fikirləşirik. Yanvara qədər vaxtımız var. Şafranko bu gün ata olub, ikinci qız övladı dünyaya gəlib. Onu təbrik edirəm. Dörd oyundur, Şafrankosuz çıxış edirik. Bu mövqedə həll yollarını tapmağa çalışırıq. Bu, məşqçi heyətinin işidir. Yanvarda turnir cədvəlinə, komandanın durumuna baxacağıq.

Şahin Cəfərov 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 03 Noyabr 2025 21:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri