Icma.az
close
up
RU
Bu müəllimlər “tapşırıqla” işə düzəldikləri üçün imtahandan kəsildi Şok AÇIQLAMA

Bu müəllimlər “tapşırıqla” işə düzəldikləri üçün imtahandan kəsildi Şok AÇIQLAMA

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Sertifikasiya imtahanlarının nəticələri göstərdi ki, region müəllimləri arasında da yüksək nəticə göstərənlər az deyil. Lakin bu nəticələri Bakı şəhərində çalışan müəllimlərlə müqayisə etmək birmənalı şəkildə doğru olmaz. Çünki həm tədris mühiti, həm şagird və müəllim sayı, həm də imkanlar baxımından bölgələrlə paytaxt arasında ciddi fərqlər mövcuddur”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib. Bildirib ki, paytaxt məktəblərində müəllim və şagird sayı daha çox olduğundan, yüksək nəticə göstərən müəllimlərin sayı da nisbətən çox görünür:

“Lakin burada diqqətçəkən məqamlardan biri regionlardakı bəzi müəllimlərin işə qəbul prosesi ilə bağlıdır. Belə ki, ötən illərdə bəzi müəllimlərin yerli icra hakimiyyətləri tərəfindən müxtəlif qeyri-rəsmi yollarla məktəblərə yerləşdirildiyi məlum olub. Hətta elə hallar aşkarlanıb ki, həmin şəxslərin ixtisası pedaqoji olmayıb. Sertifikasiya zamanı bir sıra müəllimlərin yalnız kollec səviyyəsində təhsil aldığı və buna baxmayaraq ibtidai sinif müəllimi kimi fəaliyyət göstərdiyi ortaya çıxıb. Bu cür hallarda imtahan nəticələrinin aşağı olması da təəccüblü deyil. Dördpendirli pizza

Pedaqoji təhsilli müəllimlərlə qeyri-pedaqoji ixtisas sahibləri arasında fərq isə nəticələrə birbaşa təsir göstərir. Bu da onu göstərir ki, müəllimlərin hazırlıq səviyyəsi və tədrisə yanaşmaları arasında ciddi uyğunsuzluqlar var”.

Ekspert onu da qeyd edib ki, digər bir mühüm məqam isə dərs prosesinin intensivliyidir:

“Bakı məktəblərində tədris prosesi daha sistemli və aktiv şəkildə aparılır. Müəllimlər şagirdlərlə yanaşı, dərslik, kurikulum və təhsil metodikasına uyğun şəkildə tədris həyata keçirirlər. Regionlarda isə bu proses bəzi hallarda ya zəif aparılır, ya da müasir təlim metodlarına uyğunlaşdırılmır. Əlbəttə, bu yanaşma bütün bölgələrə şamil edilə bilməz. Lakin ümumi mənzərədə belə hallar üstünlük təşkil edir.

Müasir dövrdə müəllimlərin mütəmadi olaraq öz üzərində işləməsi, peşəkar inkişafını davam etdirməsi zəruri amillərdəndir. Bu isə birbaşa dərs prosesinin aktivliyindən və müəllimin öz təşəbbüsündən asılıdır.

Bakı ilə regionlar arasında fərq yaradan digər bir amil isə repetitorluq fəaliyyətidir. Paytaxtda bu sahədə rəqabət olduqca güclüdür. Daha çox şagird cəlb etmək istəyən müəllimlər bilik və bacarıqlarını artırmağa, yeni tədris metodları öyrənməyə meyilli olurlar. Bu rəqabət mühiti isə dolayısı ilə müəllimlərin inkişafına təkan verir”.

Aytac Əliyeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 19 İyul 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see259

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see204

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see176

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see169

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see151

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see143

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri