TəhsilPlus kartının xidmətləri artırılacaq RƏSMİ AÇIQLAMA
Bizim media saytına istinadən Icma.az xəbər verir.
““TəhsilPlus” kartı müxtəlif funksiyaları özündə birləşdirən kartdır və eyni zamanda əməkhaqqı kartı, debet kartı və təhsil müəssisələrinə giriş vasitəsi kimi istifadə oluna bilər”.
Bizim.Media xəbər verir ki, bunu “Azərbaycan müəllimi”nə Təhsilin İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini Xanım Daşdəmirova deyib.
Onun sözlərinə görə, bu kart vasitəsilə təhsil işçiləri müxtəlif güzəşt və bonuslardan faydalana biləcəklər.
Məsələn, “Birbank” tətbiqi vasitəsilə “BakıKart” QR biletlərinə 10 faiz, kitab və dəftərxana məhsullarına və kinoteatrlara 5 faiz, Bravo mağazalarında QR ödənişlərə 3 faiz, yanacaq doldurma məntəqələri, kafe və restoranlar, həmçinin apteklərdə isə 2 faiz bonus təqdim olunur. İstifadəçilər hər ay bu kateqoriyalardan 5-ni seçmək imkanı əldə edirlər.
Bundan əlavə, istifadəçilər digər tərəfdaş şirkət olan “Mastercard” qlobal ödəniş texnologiyaları şirkətinin “Priceless Specials” proqramı vasitəsilə yerli və beynəlxalq tərəfdaş şəbəkələrində xüsusi endirimlərdən yararlana bilirlər. Eyni zamanda “Digital Pass” texnologiyası vasitəsilə istifadəçilərə yaxınlıqdakı tərəfdaş məkanlarda mövcud endirimlər barədə avtomatik bildirişlər göndəriləcək.
Gələcək mərhələlərdə layihəyə yeni tərəfdaşların qoşulması və təqdim olunan xidmətlərin daha da genişləndirilməsi planlaşdırılır.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 25 Mart 2026 00:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















