Icma.az
close
up
RU
Müəllimlərə xoş xəbər yüksək maaş və pulsuz ev...

Müəllimlərə xoş xəbər yüksək maaş və pulsuz ev...

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Azərbaycanda ümumilikdə məktəblərdə müəllim çatışmazlığı yoxdur".

Bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazirin sözlərinə görə, müəllimlik kifayət qədər rəqabətli sahəyə çevrilib:

"Ucqar kəndlərdə dərs sayları az olmasına görə müəllim çatışmazlığı olur". 

Qeyd edək ki, bölgələrdə hazırda müəllim çatışmazlığı olan məktəblər var. Hətta həmin məktəblərdə bir müəllimin bir neçə fənni tədris etdiyi də deyilir.

Bu baxımdan, yalnız müəllim çatışmazlığı olan bölgələrə təyinat tətbiq etmək mümkündürmü və onlara indi qüvvədə olan güzəştlərdən daha fərqli güzəştlər verilə bilərmi? 

Təhsil üzrə ekspert Kamran Əsədov "cümhuriyət"ə bildirib ki, elm və təhsil naziri Emin Əmrullayevin "Azərbaycanda müəllim çatışmazlığı yoxdur" bəyanatı ölkə üzrə vəziyyətə dair ümumiləşdirilmiş yanaşmadır:

"Bununla belə, ucqar bölgələrdə real vəziyyət fərqlidir və bəzi sahələrdə müəllim çatışmazlığı ciddi problem olaraq qalır. Bu problem əsasən riyaziyyat, fizika, xarici dillər və musiqi kimi ixtisaslar üzrə özünü göstərir. Çatışmazlıq səbəbindən bəzi məktəblərdə müəllimlər bir neçə fənni tədris etməyə məcbur qalırlar ki, bu da tədrisin keyfiyyətinə mənfi təsir edir". 

O bildirib ki, ucqar bölgələrdə müəllim çatışmazlığının əsas səbəblərindən biri maaşların və güzəştlərin yetərli olmamasıdır: 

"Bölgələrdə işləyən müəllimlər çox zaman aşağı əməkhaqqı ilə yüksək yaşayış xərclərini qarşılamalı olurlar. Yol, kommunal xidmətlər və digər ehtiyacların yüksək xərc tələb etməsi bölgələrdə işləmək istəyən müəllimlərin sayını azaldır. Bundan başqa, ucqar ərazilərdə infrastrukturun zəif olması, məktəblərin şəraitinin müasir standartlara cavab verməməsi, internet və rabitə imkanlarının məhdudluğu bu problemi daha da ağırlaşdırır. Yaşayış şəraitinin çətinlikləri də müəllimlərin ailələrini bu ərazilərə gətirməsini çətinləşdirir, nəticədə onlar şəhər yerlərində işləməyi üstün tuturlar.

Statistik məlumatlar göstərir ki, ölkənin şimal-qərb və cənub bölgələrində müəllim çatışmazlığı daha çoxdur. Quba və Qusar kimi dağlıq ərazilərdə, həmçinin Masallı və Lənkəranda xarici dil və dəqiq elmlər üzrə müəllimlər çatışmır. Çatışmazlığın nəticəsi olaraq, bəzi məktəblərdə bu fənlər ya ümumiyyətlə tədris olunmur, ya da qeyri-ixtisaslı kadrlar tərəfindən öyrədilir. Bu vəziyyət həm şagirdlərin təhsildən əldə etdiyi faydanı azaldır, həm də bölgələrarası təhsil bərabərsizliyinə səbəb olur". 

Ekspertin sözlərinə görə, ucqar bölgələrdə müəllim çatışmazlığını həll etmək üçün dövlət səviyyəsində müxtəlif həvəsləndirmə tədbirləri tətbiq olunsa da, bu tədbirlər kifayət etmir:

"Müəllimlərin əməkhaqqına edilən H1 və H2 əlavələri müəyyən bir qədər həll yolu təqdim etsə də, bu məbləğ artan xərcləri tam qarşılamır. Eyni zamanda, mənzil kompensasiyası və ya yol xərclərinin ödənilməsi kimi tədbirlər kifayət qədər geniş tətbiq olunmur. Bəzi müəllimlər üçün verilən əlavə güzəştlər yalnız məhdud dövrü əhatə edir və uzunmüddətli həll üçün kifayət etmir.

Bu problemin effektiv həlli üçün kompleks yanaşma tələb olunur. Müəllimlərin ucqar bölgələrə könüllü getməsini təmin etmək üçün xüsusi stimullaşdırma mexanizmləri tətbiq edilməlidir. Məsələn, ucqar ərazilərdə işləmək üçün daha yüksək maaş əlavələri, pulsuz mənzil təminatı, kommunal xidmətlərin dövlət tərəfindən ödənilməsi və ya erkən təqaüd hüququ kimi tədbirlər həyata keçirilə bilər. Eyni zamanda, məktəblərin infrastrukturu təkmilləşdirilməli, müasir avadanlıqlar və yüksək sürətli internetlə təmin edilməlidir. Bu, müəllimlər üçün daha rahat iş şəraiti yaratmaqla yanaşı, şagirdlərin də daha keyfiyyətli təhsil almasına imkan verər.

Ucqar bölgələrdə müəllim çatışmazlığının aradan qaldırılması yalnız təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün deyil, həm də həmin bölgələrdə sosial-iqtisadi inkişafın təmin olunması üçün mühüm əhəmiyyət kəsb edir. Müəllimlər üçün yaradılan əlavə güzəştlər və şərait onların bölgələrdə daha uzun müddət fəaliyyət göstərməsini təmin edəcək.

Bu da bölgələrarası bərabərsizliyi aradan qaldırmağa və ölkə təhsil sisteminin ümumi keyfiyyətini artırmağa imkan verəcək. Bu yanaşma həm də gənc müəllimlərin iş həyatına daha yaxşı inteqrasiya  və onların pedaqoji potensialının tam realizə edilməsini təmin edəcək. Belə tədbirlər həm qısa, həm də uzunmüddətli perspektivdə ölkə təhsili üçün böyük irəliləyişlərə yol aça bilər". 

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 13 Dekabr 2024 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see370

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see359

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see300

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see290

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see288

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see284

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see280

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see265

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see240

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see231

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see227

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see226

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see225

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see222

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see218

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see218

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see216

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see201

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see187

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri