Icma.az
close
up
RU
“Bu müştərilərin adları bankların “qara siyahı”sına düşməyəcək” Deputat açıqladı

“Bu müştərilərin adları bankların “qara siyahı”sına düşməyəcək” Deputat açıqladı

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Prezident İlham Əliyev “Kredit büroları haqqında” qanuna edilən dəyişiklikləri təsdiqləyib. Bu dəyişikliyə əsasən, Azərbaycanda nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər, təqvim ili ərzində nisyə satış dövriyyələri 100 000 manatı keçsə belə, artıq kredit bürolarına məlumat təqdim etmək öhdəliyindən azad olunurlar.

Prezidentin qərarını şərh edən iqtisadçı-deputat Vüqar Bayramov bildirib ki, əvvəllər bu kateqoriyaya aid sahibkarlar müştərilərinə dair kredit tarixçələrini fəaliyyət göstərən ən azı bir kredit bürosuna təqdim etməyə borclu idilər: “Adətən, kredit tarixçəsinə aid məlumatların təqdim olunması inzibati prosedurlar, zaman və eləcə də əlavə xərclər tələb edirdi. Digər tərəfdən, bu öhdəliklərə əməl edilməsinə nəzarət də heç də asan deyildi və məsuliyyətə cəlb etmək çətin və mürəkkəb bir mexanizmə əsaslanırdı”.

İqtisadçının fikrincə, yeni dəyişiklik bir tərəfdən şirkətlər və vətəndaşlar üçün qaydaların sadələşdirilməsinə, eləcə də onların kredit tarixçələrinin bu tip əməliyyatlar səbəbindən pisləşməsinin qarşısının alınmasına şərait yaradacaq: “Digər tərəfdən, yeni qaydalar vətəndaşlarımızın bu sahədə inzibati prosedurlardan keçmək zərurətini aradan qaldırdığı üçün onların həm vəsaitə qənaət etməsinə, həm də bu səbəbdən kreditlər üzrə “qara siyahı”ya düşmələrinin qarşısının alınmasına gətirib çıxaracaq”.

Vüqar Bayramovun sözlərinə görə, gözlənilir ki, bu dəyişiklik həm də bu sahədə aktivliyin artmasına və alqı-satqı dövriyyəsinin genişlənməsinə imkan yaradacaq.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 21 Aprel 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see260

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see207

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see199

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see191

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see189

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see173

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see159

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see157

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see152

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see151

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see150

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see146

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see146

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see144

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see144

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see143

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see140

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri