Bu, mütləq baş verəcək
Icma.az, Fanat portalına istinadən məlumat verir.
"Barselona"nın 17 yaşlı vingeri Lamin Yamalın agenti Jorje Mendeş gənc müştərisinin planlarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:
"Yamal "Barselona" ilə mütləq yeni müqavilə bağlayacaq. O, "Barselona"da qalmalıdır. Anlaşmanın nə vaxt yenilənəcəyini dəqiq deyə bilmərəm, amma bu, mütləq baş verəcək. 2024-cü il Yamal üçün fenomenal alındı. Məncə, Yamal bu il dünyanın ən yaxşı oyunçusudur".
Cari mövsüm "blauqrana"nın forması ilə bütün turnirlərdə 21 matça çıxan Yamal 6 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 150 milyon avro ilə dəyərləndirir. İspaniya millisinin heyətində son Avropa çempionatının qalibi olan və turnirin ən yaxşı gənc oyunçusu seçilən Laminin "Barsa" ilə indiki müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 27 Dekabr 2024 16:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















