Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

Futbol bileti olanlar vizanı tez alacaqlar

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

BİRMARKET də ŞOOOK Cümə!

Gələn ay 30 manat yardım veriləcək

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Bu muzey mənim şəxsi biznesim olmayacaq ki... Dilqəm Əhməd ilə MÜSAHİBƏ

Bu muzey mənim şəxsi biznesim olmayacaq ki... Dilqəm Əhməd ilə MÜSAHİBƏ

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Mədəniyyət insanın ruhunu qidalandıran ən dəyərli sərvətdir.

Tarixi yaddaş, keçmişin izi, milli irsin parlaq nümunələri - bütün bunlar muzeylərin divarları arasında yeni nəfəs alır, ziyarətçilərin qəlbində həyati əhəmiyyət kəsb edən duyğular oyadır. Muzeylər sadəcə eksponatlar toplusu yox, xalqın keçmişinə açılan qapılardır, zamanla dialoq qurmağın vasitəsidir. Hər bir sənəd, fotoşəkil və ya yadigar əşya öz hekayəsini danışır, mədəniyyətimizin zənginliyini və dərinliyini gözlər önünə sərir. Bu baxımdan fərdi təşəbbüslərlə yaradılan muzeylər də eyni dərəcədə önəmlidir: onlar gəncləri milli irsi toplamağa və qorumağa ruhlandırır, turistlərə vətənimizin tarixini öyrənmək üçün bir pəncərə açır.

Azərbaycanın zəngin tarixi irsini qorumaq və gələcək nəsillərə çatdırmaq məqsədilə Dilqəm Əhməd fərdi muzey açmaq təşəbbüsü ilə çıxış edib. On ildən artıqdır ki, o, Azərbaycan Cümhuriyyəti və mühacirət dövrünə aid nadir sənədlər, fotoşəkillər, pasportlar və digər yadigar əşyaları diqqətlə toplayır, arxivləşdirir və sərgilər vasitəsilə xalqla paylaşır.

Araşdırmaçı, jurnalist, kolleksiyaçı Dilqəm Əhmədin təşəbbüsü təkcə eksponatların qorunmasına yönəlməyib. O, gəncləri milli irsə maraq göstərməyə, toplama və araşdırma işlərinə cəlb etməyə çalışır. Fərdi muzey həm ölkə daxilində, həm də xaricdə ziyarətçilər üçün unikal bir mədəni məkan olacaq, onların tariximizi daha yaxından öyrənməsinə imkan yaradacaq. Bu layihə eyni zamanda Dilqəm Əhmədin şəxsi səylərinin xalq və dövlət marağı ilə necə üzvi şəkildə birləşə biləcəyini göstərən nümunəvi bir təşəbbüs kimi dəyərləndirilir.

Bakıvaxtı.az Çapar - Milli İrsin Tədqiqi Mərkəzinin sədri Dilqəm Əhmədlə həmsöhbət olaraq həm tədqiqatları, həm də təşəbbüsləri ilə bağlı fikirlərini öyrənib.

Müsahibəni təqdim edirik.

- Muzeynadir və heç kimin görmədiyi hansı eksponatları təqdim edəcəksiniz?

- Mən on ildən çoxdur ki, Azərbaycan Cümhuriyyəti və onun davamı olan mühacirət tariximizlə bağlı nadir materiallar toplamaqla məşğulam. Bu materialları əsasən Türkiyədən əldə edirəm, eləcə də bəzi xarici ölkələrdəki auksionları da mütəmadi olaraq izləyirəm. Eyni zamanda tanış olduğum bəzi mühacir ailələr də nadir nümunələri təqdim ediblər. Beləcə maraqlı eksponatların olduğu fərdi bir muzey açacaq qədər material toplamışam. Mənim şəxsi arxivimdə 1918-1920-ci illərdə mövcud olmuş ilk respublika dönəminə aid bir sıra dəyərli eksponatlar mövcuddur. Məsələn, Cümhuriyyətin orijinal gerbi, parlament açıldığı zaman millət vəkillərinə təqdim edilən xatirə jeton, Cümhuriyyətin xarici pasportu, eləcə də həmin illərə aid nadir fotoşəkillər kolleksiyamda yer alıb.

Arxivimdəki fotoşəkillər arasında Cümhuriyyətin Tehran səfirliyinin açılışı, istiqlaliyyətin birinci ildönümü, Rəsulzadənin sədrliyində Azərbaycan nümayəndə heyətinin Osmanlı təmsilçiləri ilə birgə görüşünə dair bir-birindən maraqlı fotoşəkillərə sahibəm.

- Amma deyəsən, arxiviniz daha çox mühacirət dövrü ilə bağlıdır...

- Doğrudur. buraya çoxsaylı fotoşəkillər, məktublar, imzalı kitablar, jurnallar və sair daxildir. Əhməd bəy Ağaoğluna dair ayrıca bir arxivə sahibəm ki, xəyalım onun ev-muzeyinin Şuşada açılmasına dəstək olmaqdır.

Kolleksiya toplamaq ideyasına gəldikdə isə təxminən on il qabaq kolleksiyaçı həmkarım mənə Ağaoğluya aid bir fotoşəkil hədiyyə etdi, bundan sonra məndə bu işlərə böyük maraq yarandı. Təhsillə bağlı Türkiyəyə köçdükdən sonra isə xəzinənin qapısı açılmış oldu. Türkiyədəki əksər auksionları izlədim, bukinistləri gəzdim, mühacir ailələrlə görüşdüm. Nəticədə yüzlərlə eksponat topladım, bu proses hazırda da davam etməkdədir.

- Sizcə, belə bir muzeyin mövcudluğu ölkəmizdə və ya regionda mədəni həyat üçün nə qədər vacibdir?

- Bilirsiniz, hər dövlətdə olduğu kimi ölkəmizdə də zəngin muzeyçilik ənənəsi var, bir-birindən maraqlı muzeylərimiz var. Mənim üçün ən başda gələn Milli Azərbaycan Tarixi Muzeyi və İstiqlal Muzeyidir. Çünki hər ikisində Azərbaycan Cümhuriyyətinə, mühacirət tarixinə, istiqlal tariximizə dair saysız-hesabsız materiallar var. Həmin muzeylərlə əməkdaşlıq edirəm, arxivim hər ikisində sərgilənib.

- Bu baxımdan arxivinizi bu iki muzeydən birinə hədiyyə etmək fikriniz varmı?

- Mən fərdi muzey təşəbbüsü göstərməklə gəncləri milli irsimizi toplamağa həvəsləndirmək istəyirəm. Görsünlər ki, bir insan istədiyi təqdirdə bu qədər materialı toplaya, Vətənə gətirə bilər. Bu baxımdan fərdi muzey açmaqla xaricdə yaşayan gəncləri bu işə həvəsləndirmiş olacağam, digər tərəfdən turistlərin də marağına səbəb olacağam. Onlar müsəlman şərqində qurulmuş ilk respublikanın tarixini asanlıqla öyrənəcək, dövrə aid materialları görə biləcəklər.

Mən Bakıda 30-dan çox sərgi keçirmişəm, insanların necə maraq göstərdiyini bilirəm. Bu ilin may ayında Vaşinqtonda və Nyu-Yorkda da sərgim oldu. Oradakı soydaşlarımız da çox maraqla qarşıladılar.

Amma sərgilər həm yorucudur, həm də materialların zədələnməsinə səbəb ola bilir. Ona görə də modern və klassik muzey anlayışını bir araya gətirib bir muzey təşkil etmək istəyirəm. Muzeyin dizaynı, sərgi salonunun hansı standartlarda olması kimi anlayışlar asandır. Bu sahədə təcrübəsi olan insanlar, eləcə də Türkiyədə gördüyüm nümunələr var. Hazırda tək problem məkandır. Çünki muzey yeri kirayə ola bilməz. Komandamızla birgə muzeyi xüsusi dizaynla hazırlayacağıq. Ona görə də öncə dövlətimizdən xahiş edirəm ki, fərdi muzeyimi qurmaq, vətəndaşlarımıza, xarici qonaqlarımıza mədəni xidmət etmək üçün bizi məkanla təmin etsin. Eləcə də iş adamlarımız da bu şəraiti yarada bilər. Unutmayaq ki, ötən əsrdə Tağıyev olduğuna görə milli mətbuatımız, cəmiyyətlərimiz formalaşmışdı. Biz elm adamıyıq, işimiz kitablar, sənədlərdir. Bu baxımdan biznesmenlərimiz cəmiyyət yararına olan bu kimi fəaliyyətlərimizə dəstək olsalar, tarixi məsuliyyətlərini də yerinə yetirmiş olarlar. Mənim üçün böyük, onlar üçün kiçik addımlarla bu işi həyata keçirə bilərik.

- Muzey ziyarətçilərinə hansı mesajı və ya duyğunu çatdırmaq istəyirsiniz?

- Mən sərgilərimdə insanların Cümhuriyyət dövrünə aid materiallara necə həvəslə baxdıqlarını görmüşəm. Onların gözlərindəki parıltını sezmişəm. Amma sərgilərdə bütün materialları təqdim etmək imkanı olmur. Hər dəfə sərgi keçirmək də olmur. Ona görə də muzeyin yaradılması, eləcə də virtual versiyasının da hazırlanması çox mühüm iş olacaqdır. Mənim indiyədək yığdığım eksponatlara vətəndaşlarımız çox dəstək göstəriblər. Kampaniyalar keçirmişəm, milli irsimizi qorumaq istəyənlər dəstək olublar. Əldə etdiyimiz materialları həm də kitablar yazaraq təqdim etmişəm. Ona görə də insanlar mənim səmimiliyimə əmindirlər.

Bu muzey mənim şəxsi biznesim olmayacaq ki. Vətəndaşların maraqla ziyarət edəcəyi bir məkan olacaq. İnanıram ki, dövlətimiz, iş adamlarımız bu işdə mənə kömək edəcəklər, mən də yeni materialları əldə etmək üçün daha həvəslə çalışacağam.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 19 Avqust 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see398

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see264

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see216

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see158

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see157

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see152

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see150

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see148

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see142

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see140

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see140

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see138

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see138

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see131

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see129

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see128

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see127

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see123

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see122

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri