Icma.az
close
up
RU
Bu nailiyyətimiz də Azərbaycan futbol tarixinə əlamətdar hadisə kimi keçdi Tahir Gözəl

Bu nailiyyətimiz də Azərbaycan futbol tarixinə əlamətdar hadisə kimi keçdi Tahir Gözəl

Icma.az, Sportal.az portalına istinadən məlumat verir.

"Qarabağ"ın prezidenti Tahir Gözəl “Qarabağ”ın Çempionlar Liqasında əldə etdiyi tarixi uğurla bağlı təəssüratlarını bölüşüb.

Sportal.az xəbər verir ki, o, pley-off mərhələsində Macarıstanın “Ferensvaroş” klubu üzərində iki matçın cəmində qazanılan 5:4 hesablı qalibiyyətin ardından klubun mətbuat xidmətinə fikirlərini bildirib.

Klubun prezidenti “Qarabağ”ın qitənin ən nüfuzlu klub turnirində Liqa mərhələsinə vəsiqə qazanmasını tarixi nailiyyət adlandırıb. Tahir bəy bu zəfəri Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban Əliyevaya hədiyyə edib:

“Bu tarixi qalibiyyəti Cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və əziz xalqımıza hədiyyə edirik. Qarabağın fatehi olan Ali Baş Komandanımızın da dediyi kimi, Qarabağ Azərbaycandır! Azərbaycan hər yerdə sözünü deyir. Ölkə başçımızın dünya liderlərinə nümunə olacaq parlaq siyasəti sayəsində işğal altında olan torpaqlarımız geri qaytarıldı. Cənab Prezidentimiz və Birinci vitse-prezidentimiz Qarabağ torpaqlarını qarış-qarış gəzərək, səfalı güşələrimizin daha da gözəl olması üçün əllərindən gələni edirlər. Biz də Qarabağı təmsil edən bir klub olaraq futbol arenalarında onlara layiq olmağa çalışırıq. Bu nailiyyətimiz də Azərbaycan futbol tarixinə əlamətdar hadisə kimi keçdi. Bu münasibətlə başda ölkə başçımız İlham Əliyev və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva olmaqla bütün xalqımızı təbrik edirəm”.

Tahir Gözəl bu uğurda əməyi keçən klubun məşqçilərini, futbolçularını, eyni zamanda azarkeşlərini də təbrik edib: “Azərbaycan futbolu adına böyük nailiyyətdir. “Qarabağ” klubu olaraq yenidən tarix yazmağın qürurunu yaşayırıq. Azərbaycan xalqına bu sevinci bəxş edən baş məşqçimiz Qurban Qurbanova, məşqçilər heyətimizə, futbolçularımıza, klubumuzda çalışan bütün əməkdaşlara təşəkkür edirəm və onları təbrik edirəm. Qurban hocanın və futbolçularımızın əziyyəti danılmazdır. Bütün oyunlarda bizi yalnız qoymayan, komandamızı qələbələrə ruhlandıran azarkeşləri də ürəkdən təbrik edirəm”.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://sportal.az
archiveBu xəbər 28 Avqust 2025 02:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qarabağ la matçda adi vəziyyətdən qol buraxdıq Robbi Kin

26 Avqust 2025 21:16see234

“Düşündüm ki, başqa yolum yoxdur” 55 yaşında tələbə oldu

26 Avqust 2025 16:18see213

Smartfonlar təhlükəli mikrobların mənbəyidir Ehtiyatlı olun

27 Avqust 2025 09:01see147

Dünyanın ən böyük narkokartelinin həmtəsisçisi günahını etiraf etdi

26 Avqust 2025 16:02see139

Bikinili fotoları ilə gündəm oldu FOTO

26 Avqust 2025 14:58see137

Azərbaycan Macarıstanla süni intellekt sahəsində əməkdaşlığı müzakirə edib

26 Avqust 2025 17:40see137

Çin avtomobilləri hansı yanacaqla sürülməlidir? Yaranan problemlərin səbəbləri

27 Avqust 2025 00:13see134

“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”

26 Avqust 2025 16:01see130

“Bütün təzyiq variantları uğursuzluğa məhkumdur”

26 Avqust 2025 17:43see129

Dünya Bankı yenidənqurma üçün Livana 250 milyon dollar kredit ayırır

27 Avqust 2025 00:25see129

Xocalı sakinlərinə əkin üçün torpaq icarəyə verilib

27 Avqust 2025 12:17see125

Paşinyanın dostundan müharibə etirafı: “Müharibə 100 illik təxirə salınıb”

26 Avqust 2025 14:53see117

Ceymi Vardi İtaliyaya gedə bilər

26 Avqust 2025 16:16see116

Kolumbiyada insan nəslinin əvvəllər məlum olmayan qolu aşkar edilib

27 Avqust 2025 03:04see115

Şərqin nəcibliyi və Qərbin müasirliyini birləşdirən BİRİNCİ XANIM

26 Avqust 2025 09:09see114

Nazir, komitə sədri və... Onların qəbul günləri açıqlandı + CƏDVƏL

26 Avqust 2025 13:08see114

Türkiyədə quraqlıq TƏHLÜKƏSİ

26 Avqust 2025 18:33see113

Xaricdə təhsil elanları ilə bağlı rəsmi XƏBƏRDARLIQ

27 Avqust 2025 19:24see113

Ruben Vardanyanın məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

26 Avqust 2025 20:31see113

Seçiminə aydınlıq gətirdi

27 Avqust 2025 11:34see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri