“Bu nə havadır?” sualının cavabı VİDEO
Icma.az bildirir, Turkstan.az portalına istinadən.
Aprel ayı olmasına baxmayaraq, hava şəraiti sabitləşmir. Bir gün yay istiliyini xatırladan temperatur müşahidə olunur, ertəsi gün isə qışa xas soyuq geri qayıdır.
Turkustan.az İTV-nin hazırladığı süjetə istinadən xəbər verir ki, mütəxəssislər bu cür kəskin temperatur dəyişikliklərinin artıq adi hala çevrildiyini bildirir.
Qlobal istiləşmənin təsirləri isə tədricən Azərbaycanda da daha aydın hiss olunmaqdadır.
Ekspertlər isə yaz və payız fəsillərinə keçid dövrlərində hava şəraitində müşahidə olunan qeyri-sabitlik və dəyişkənliyi təbii hal kimi qiymətləndirirlər. Onların sözlərinə görə, bu cür hallar mütəmadi xarakter daşıyır və əsasən iqlim xüsusiyyətləri ilə əlaqədardır.
Ekoloq Qoxmaz İbrahimli qeyd edib ki, 1980-ci ildən etibarən iqlim dəyişiklikləri və temperatur artımı açıq şəkildə müşahidə olunmağa başlayıb. Bununla belə, mülayim subtropik iqlim qurşağında yerləşən ərazilərdə bu prosesi fəsillərin tam yoxa çıxması kimi qiymətləndirmək düzgün deyil. Bahar və ya payızın itməsi ilə bağlı səsləndirilən fikirlər müəyyən əsaslara söykənsə də, daha çox həmin fəsillərin müddətində qısalma və hava şəraitində dəyişkənliyin artması müşahidə olunur.
Daha ətraflı videomaterialda:
/Bakıvaxtı.az/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 24 Aprel 2026 11:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















