Icma.az
close
up
RU
Bu nə ilk belə hadisədir, nə də sonuncu olacaq

Bu nə ilk belə hadisədir, nə də sonuncu olacaq

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda kirayə qaldığı evdə dəm qazından zəhərlənən 19 yaşlı gənc faciəvi şəkildə həyatını itirib. Hadisə Xətai rayonunda baş verib. Evə qonaq gələn iki nəfər hamamda olarkən görünməz qatilin qurbanı olublar. Hadisə nəticəsində 2007-ci il təvəllüdlü oğlan yerindəcə keçinib, 14 yaşlı qız isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Sosioloq Naib Niftəliyev məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında deyib ki, bu faktın özbaşınalıq və ya yeniyetmələrin deviant davranışı kimi qiymətləndirilməsi o qədər də doğru deyil:
“Çünki əgər dəm qazından zəhərlənmə baş veribsə, bu o deməkdir ki, kombi sistemi, isitmə qurğuları və ya hamamda su qızdırılması ilə bağlı sistemlərdə sızma və texniki boşluqlar mövcuddur. Bu baxımdan, həmin sistemi quranlar, ona nəzarət edənlər və ev sahibi olan vətəndaşlar ciddi məsuliyyət daşıyırlar. Belə hallarla bağlı dəfələrlə ehtiyat tədbirlərinin görülməsi tövsiyə olunsa da, görünür ki, vətəndaşlar bu məsələyə kifayət qədər ciddi yanaşmırlar. Nəticədə vaxtaşırı zəhərlənmə, boğulma və kəskin zəhərlənmə səbəbindən ölüm halları baş verir. Bu, arzuolunan hal deyil. 19 yaşlı  gəncin faciəli şəkildə həyatını itirməsi nə ilk hadisədir, nə də son olacaq. Bu kimi faktlarla illərdir müxtəlif yerlərdə rastlaşırıq və hər dəfə cinayət işi açılaraq araşdırmalar aparılır. Bununla belə, hər bir vətəndaş özü məsuliyyət hissini dərk etməlidir. Əgər qazla isitmə qapalı mühitdə həyata keçirilirsə və sızma ehtimalı varsa, bu sistemlər mütəmadi olaraq yoxlanmalı, təhlükəsizlik baxımından düzgün tənzimlənməlidir. Eyni zamanda, müvafiq monitorinq və qiymətləndirmə tədbirləri aparılmalıdır. Vətəndaş anlamalıdır ki, bu risk təkcə onun özünə deyil, həmin məkandan istifadə edən digər şəxslərə də təsir edə bilər. Bu riski minimuma endirmək üçün hər bir ev sahibi və sakin təhlükəsizlik qaydalarına ciddi əməl etməlidir. Demək olar ki, hər evdə hamam var və isitmə əsasən qazla işləyən cihazlar və ya kombi vasitəsilə həyata keçirilir. Bu zaman həm qaz, həm də elektrik enerjisindən istifadə olunur ki, bu da əlavə risklər yaradır. Yanğın, qısaqapanma və qapalı mühitdə dəm qazının yayılması real təhlükə olaraq qalır. Təhlükəsizlik qaydalarına əməl olunmadıqda bu risk tam reallığa çevrilə bilər”.
O bildirib ki, isitmə zamanı qaz yayılır və havalandırma sistemi olsa belə, qaz hamamın daxilinə sızaraq zamanla zəhərlənməyə səbəb ola bilər:
“Xüsusilə uzun müddət istifadə zamanı bu risk artır və bəzi hallarda ölümə gətirib çıxarır. Bu problem yaşla bağlı deyil. Gənclər, orta yaşlılar və yeniyetmələr də eyni risklə üz-üzə qala bilirlər. Bu səbəbdən, məsələni yeniyetmələrin davranışı ilə əlaqələndirmək düzgün deyil. Gigiyena və təmizlik hər kəs üçün vacibdir, xüsusilə də inkişaf mərhələsində olan yeniyetmələr üçün. Lakin texniki risklər mövcuddursa və dəm qazından zəhərlənmə ehtimalı yüksəkdirsə, bu sahədə ciddi tədbirlər görülməlidir. Nəzarət edən qurumların da müəyyən məsuliyyəti var. Lakin əsas məsuliyyət ev sahibinin və sakinlərin üzərinə düşür. Onlar təhlükəsizlik qaydalarına riayət etməli, sistemlərin düzgün işləməsinə nəzarət etməlidirlər. Əks halda, məsuliyyətin böyük hissəsi vətəndaşın üzərində qalır. Bəzi hallarda vətəndaşlar qanunsuz enerji istifadəsinə yol verir və ya hamamların isitilməsi üçün əlavə, qeyri-standart vasitələrdən istifadə edirlər. Bu isə zəhərlənmə riskini daha da artırır. Ona görə də bu kimi hallar ciddi şəkildə araşdırılmalı və qiymətləndirilməlidir. Enerji resurslarından istifadə üçün konkret standartlar mövcuddur və bu qaydalara həm dövlət qurumları, həm qazpaylayıcı şirkətlər, həm də vətəndaşlar riayət etməlidirlər. Tərəflərdən hər hansı biri bu öhdəlikləri yerinə yetirmədikdə məsələ inzibati və hüquqi müstəvidə həll olunmalıdır. Qazpaylayıcı qurumlar da daha diqqətli və tələbkar olmalıdırlar. Çünki bəzi hallarda birbaşa günahkar olmasalar belə, prosesin iştirakçısı kimi məsuliyyətə cəlb olunurlar və inzibati cəzalarla üzləşirlər. Ümumilikdə, vətəndaşın həyatı risk altındadırsa, önləyici tədbirlər mütləq həyata keçirilməlidir. Bu sahədə preventiv və məcburi tədbirlərin görülməsi vacibdir. Əgər vətəndaş özü təhlükəsizliyini təmin etmirsə, müvafiq dövlət və hüquq-mühafizə orqanlarının müdaxiləsi qaçılmazdır”.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 30 Aprel 2026 08:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri