Icma.az
close
up
RU
Bu nə natamamlıqdır? İnsanları soyurlar Dünyada axın başlayıb, Azərbaycanda isə...

Bu nə natamamlıqdır? İnsanları soyurlar Dünyada axın başlayıb, Azərbaycanda isə...

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Toy və nişan hazırlıqları deyəndə çoxlarının ağlına ilk gələn şeylərdən biri bəy-gəlin geyimi, salon və bəzəklər olur. Son illərdə isə bu siyahıya “ev dekoru” da əlavə olunub. Xüsusilə toy və nişan günü bəy-gəlinin evlərinin bəzədilməsi, artıq adi bir mərasim deyil, “instagram” və “tiktok” estetikası ilə uyğunlaşdırılmış vizual şouya çevrilir. 

Dekor və nişan dekorlarının qiymətləri isə 120 manatdan başlayaraq 3000, hətta bəzən 5000 manata qədər dəyişir. Bəziləri bunu vacib detal kimi görsə də, bir çox ailə üçün artıq xərc hesab olunur. 

Bəs bu göstəriş ehtiyacı haradan qaynaqlanır? 

Mövzu ilə bağlı Ölkə.az-a danışan sosioloq Lalə Mehralı bildirib ki, bu, əslində, tək toy mədəniyyətindən deyil, ümumi yaşam standartları ilə bağlı vəziyyətdir.

Onun sözlərinə görə, insanlar sübut etməyə çalışırlar ki, “mən yaxşı səviyyədə yaşayıram”: “Bir növ göstərişdir. Başqalarına özünü sübut etmək həvəsidir. Çünki heç kim anını yaşamır, heç kim anın ləzzətini, dadını çıxarmır. Hamı həyata smartfonun ekranından, yəni dolayı baxır. Biri var həmin toyu ürək dolusu yaşayasan, biri də var yalnız nümayiş etdirmək məqsədilə yaşayasan. 

Tutaq ki, insanlar nəsə deyir, nəsə geyinir, hamısını sosial şəbəkələrin standartlarına uyğun etməyə çalışır. Bu toyda da, elçilikdə də, nişanda da belədir. Yəni bütün hamısında insanlar yalnız başqalarının xoşuna gələ bilmək üçün çalışırlar”. 

Sosioloq onu da qeyd edib ki, öz həyatını yaşayan insanların sayı artıq azdır: “Toy mədəniyyəti ümumiyyətlə bizdə çox ifrata varılıb. Toy artıq toyluqdan çıxıb, biznesə çevrilib və insanları sözün həqiqi mənasında soyurlar. Bunun cürbəcür qollarını fikirləşiblər, evin bəzədilməsi, xınayaxtı dəstəsinin çağırılması, 5 manatlıq şəkil albomunu 500 manata satılması və s. Bütün bunların hamısı əslində biznesdir. İnsanlar bunu görmək istəmirlər. Başqası necə edib, özü də etmək istəyir. Bir anlayan yoxdur ki, bu, insanların cibinə girməkdir. 

Bu gün dünyada axın başladılıb. Minimum büdcə ilə necə evlənə bilərəm? İnsanlar evdə olan paltarını geyinib, nikah kəsdirib toysuz, hətta ən yaxın qohumlarının bir yerə cəmlənməsi ilə kiçik bir yemək masası ətrafında evlilik qərarlarını həyata keçirirlər. Bizdə isə hamı başqasının bəhsinə, daha çox kreditə girərək, göstəriş nümayiş etdirirlər. Nəticədə banklar qazanır. 

İnsan niyə 20-30 min verib bir müğənnini toyuna gətirmək ehtiyacı duysun? Bu nə natamamlıqdır? Bu, evlənmək deyil, bu, özünü təsdiq etməyə çalışmaqdır”.

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:257
embedMənbə:https://olke.az
archiveBu xəbər 12 İyun 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri