Icma.az
close
up
RU
Dünyada ərzaq ucuzlaşır, Azərbaycanda isə bahalaşır: Səbəbi nədir?

Dünyada ərzaq ucuzlaşır, Azərbaycanda isə bahalaşır: Səbəbi nədir?

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Birləşmiş Millətlər Təşkilatının Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən açıqlanan Ərzaq Qiymətləri İndeksi 2026-cı ilin yanvar ayında süd məhsulları, ət və şəkər qiymətlərinin azalması səbəbindən ardıcıl beşinci ay davamlı şəkildə düşüb. FAO Ərzaq Qiymətləri İndeksi 2026-cı ilin yanvar ayında orta hesabla 123,9 bənd təşkil edib ki, bu da dekabr ayı ilə müqayisədə 0,5 bənd (0,4 faiz) azdır. Süd məhsulları, ət və şəkər üzrə qiymət indekslərində azalma taxıl və bitki yağları üzrə artımları üstələyərək indeksin ardıcıl beşinci aylıq azalmasını təmin edib.

Qlobal ərzaq qiymətləri azalırsa, niyə bu eniş Azərbaycan bazarında hiss olunmur? Bu azalma yaxın aylarda daxili bazarda real ucuzlaşmaya çevrilə bilərmi?

"Ucuzlaşma davam etsə, yerli bazarda təsirini göstərəcək”

İqtisadçı-ekspert Eyyub Kərimli bildirdi ki, hazırda dünyada bəzi ərzaq məhsulları üzrə baş verən ucuzlaşma digər idxalçı ölkələrdə dərhal öz təsirini göstərmir. Bu, əsasən müqavilələrin daha öncədən bağlanması və stoklamanın əvvəlcədən həyata keçirilməsi ilə bağlıdır: "Sözsüz ki, ucuzlaşma davam etsə, bu, öz əksini yerli bazarda idxal olunan məhsullarda tapmalıdır. Lakin ucuzlaşma yalnız xaricdən idxal olunan məhsullara aid ola bilər. Çünki bəzi ərzaq məhsulları özümüzdə istehsal olunur və onların qiymətində ucuzlaşma baş vermir. Digər tərəfdən, hazırda bəzi məhsullarda qiymət artımı logistika və nəqliyyat xərclərinin yüksəlməsi ilə bağlıdır. Həmçinin gömrük rüsumları və gömrük əməliyyatlarında gecikmələr də əlavə xərclər yaradır. Bu səbəblərdən ucuzlaşmanın təsiri bazarda bir müddət sonra özünü göstərir”.

Mürəkkəb və uzunmüddətli proses

Ekspert bildirir ki, gündəlik qiymətlərin formalaşmasında bir sıra amillər öz rolunu oynayır. Onun sözlərinə görə, gələcəkdə bəzi məhsullarda müəyyən dövlət güzəştlərinin tətbiqi mümkündür: "Məsələn, rüsumların müvəqqəti endirilməsi və xərclərin azaldılmasına yönəlmiş subsidiyalar bəzi hallarda dəstək rolunu oynaya bilər. Hazırda ölkəmizə əsasən qlobal ticarətdə çıxış payı olan məhsullar buğda və buğda məhsulları, şəkər, bitki yağları, qəhvə və çaydır. Bu kateqoriyalarda qiymətlər bəzən volatilliyə malik olur, yəni ucuzlaşma ilə yanaşı, bir neçə ay sonra qiymət artımı da ola bilər. Bu baxımdan, qiymətlərin sabitləşməsi mürəkkəb və uzunmüddətli prosesdir”.

"Bazarda tənzimləmələrin həyata keçirilməsi zəruridir”

E.Kərimli vurğulayır ki, ucuzlaşmanın yerli bazarda hiss olunması üçün rəqabət mühitinin liberallaşması böyük əhəmiyyət kəsb edir: "Eyni zamanda, təchizat zəncirinin şaxələndirilməsi vacibdir. Məhsulların bir ölkədən yox, bir neçə ölkədən idxal edilməsi problemi kökündən həll edə bilər. Digər tərəfdən, bəzi hallarda inflyasiya sahibkarları əlavə marja əldə etməyə sövq edir və süni qiymət artımları da bazarda rol oynayır. Bu səbəbdən, daha ciddi tənzimləmələrin həyata keçirilməsi zəruridir”.

"Dövlətin tənzimləyici alətləri ucuzlaşmaya səbəb ola bilməz”

İqtisadçı-ekspert Xalid Kərimli isə deyir ki, hazırkı vəziyyətdə dövlətin tənzimləyici alətləri ucuzlaşmaya səbəb ola bilməz: "Çünki Tarif Şurası qiymətləri artıran addımlar atıb. Məsələn, dizel və benzinin qiyməti artırıldı. Həmin vaxt əvvəlki artımların nəticələri hələ bazar tərəfindən həzm edilməmişdi. 2024-cü ilin yayında dizel yanacağı 25%, benzin isə 10% bahalaşmışdı. Bu ilin yanvar ayının əvvəlində isə dekabrın sonu üçün dizel yanacağı daha 10%, benzin isə təxminən 5% bahalaşdı. Bunun nəticəsində kommunal xərclərdə də artımlar müşahidə olundu. Bütün bunlar sahibkarların xərclərini artırır. Yəni Tarif Şurasının son dövrlər qərarları qiymət endirimi deyil, qiymət artımı istiqamətindədir. Dövlətin tənzimləyici alətlərinin təsiri isə artıq subsidiya və digər mexanizmlər vasitəsilə bazara ötürülüb. Yəni, bu məsələlərin bazarda hər hansı tənzimləyici rolu qalmayıb”.

"Eyni məhsulları 2024-cü illə müqayisədə 26% daha baha almışıq”

İqtisadçı deyir ki, 2026-cı il üçün keçən ilki səviyyədə inflyasiya proqnozlaşdırır. Həm Mərkəzi Bank, həm də hökumətin proqnozlarında inflyasiya nəzərdə tutulub: "Burada ikinci əsas məsələ odur ki, inflyasiya əsasən ölkəmizə ticari tərəfdaşlarımız vasitəsilə ötürülür. Məsələn, Türkiyə bizim əsas ticarət tərəfdaşımızdır, həmçinin Rusiya, Avropa ölkələri, İran və Çin. Yəni qiymət artımı birbaşa həmin ölkələrdən idxal olunan məhsullara təsir edir. Keçən ilin statistikasına görə, 2025-ci ildə kənd təsərrüfatı məhsullarının idxal qiymətləri indeksi 26% artıb, yəni eyni məhsulları 2024-cü illə müqayisədə 26% daha baha almışıq”.

"Vətəndaş ucuzlaşmanı hiss etməyəcək”

Mütəxəssis vurğulayır ki, vətəndaş ucuzlaşmanı hiss etməyəcək: "Gömrük rüsumları və vergilərin artımı qiymətlərin enməsinin qarşısını alır. Məsələn, telefonların gömrük rüsumları artırılıb, spirtli içkilərdə aksiz vergiləri yüksəldilib. Daha sonra telefonlara aksiz tətbiq edilib. Eyni zamanda, maşınlar üçün mövcud olan ƏDV güzəştləri ləğv olunub. Nəticədə, bazarda qiymətlərin azalması mümkün deyil, əksinə, qiymətlər yüksələcək. Vətəndaş bu ucuzlaşmanı hiss etməyəcək, çünki gündəlik qiymət enişi üçün bazarda hər hansı mexanizm yoxdur”. ("Kaspi" qəzeti)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:235
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 04 Aprel 2026 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see391

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see301

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see282

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see267

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see262

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see256

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see252

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see250

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see248

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see235

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see211

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see210

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see210

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see208

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see207

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see207

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see201

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see197

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri