Icma.az
close
up
RU
Bu nişan yoxdursa gələn cərimə qanunsuzdur? AÇIQLAMA

Bu nişan yoxdursa gələn cərimə qanunsuzdur? AÇIQLAMA

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sosial şəbəkələrdə yol hərəkəti qaydaları ilə bağlı cərimələr, xüsusilə də bəzi yol nişanlarının olub-olmaması ilə əlaqədar müzakirələr geniş yayılıb. Müzakirə olunan məsələlərdən biri də 5.8.1 məlumatverici yol nişanı olmadan sürücülərə cərimə yazılmasının qanuni olub-olmamasıdır. Bu nişan adətən yolayrıcında zolaqlar üzrə icazə verilən hərəkət istiqamətlərini göstərir və sürücülərin hansı manevrləri edə biləcəyini müəyyən edir. 
Məsələ ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a bildirib ki, bu nişanlar zolaqlar üzrə hərəkəti tənzimləyir və sürücülərə sağa, sola və ya düz istiqamətdə hərəkət etmə qaydasını göstərir:
"Burada bir məqam ondan ibarətdir ki, bu nişanlar istiqamətverici xarakter daşıyır. Bəzi hallarda sola dönməyə icazə verilən ərazilərdə geriyə dönmə də mümkündür. Qanunvericiliyə görə sola dönmə geriyə dönməni qadağan etmir və buna icazə verir. Lakin bəzi hallarda bu tip nişanlar və hərəkət trayektoriyası geriyə dönməyə icazə verməyə bilər. Məhz bu məsələ müəyyən anlaşılmazlıqlara səbəb ola bilər".
O bildirib ki, bu nişanların müəyyən üstünlükləri də var:
"Onlar hərəkət zolaqlarının ayrılmasında və hərəkətin nizamlanmasında mühüm rol oynayır. Xüsusilə işıqfor və ya yol polisi tərəfindən tənzimlənməyən, eləcə də işıqlandırılmayan ərazilərdə bu nişanlar hərəkətin təşkilində əsas vasitələrdən biri hesab olunur.
Yəni əgər işıqfor varsa, əsas olan işıqforun siqnallarıdır. İşıqfor olmadıqda isə yol nişanları öz qüvvəsini saxlayır və sürücülər həmin nişanların tələblərinə uyğun hərəkət etməlidirlər".
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Mart 2026 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri