Bu nöqtələrdə taksi duracaqları qoyuldu
Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakıda daha 10 ünvanda tibb və sosial xidmət müəssisələrinin qarşısında minib-düşməni həyata keçirmək üçün yer və taksilər üçün duracaq təşkil olunub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, bu məqsədlə bəzi parklanma yerləri ləğv olunaraq "3.28" - "durmaq qadağandır", "5.14" - "minik taksilərinin duracaq yeri" nişanları və xüsusi hərəkət zolağında məlumat lövhələri quraşdırılıb.
Cavadxan küçəsi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin qarşısı (minib-düşmə yeri);
İsmayıl bəy Qutqaşınlı küçəsi, 1 saylı Bakı DOST Mərkəzinin yanı (minib-düşmə yeri);
Heydər Əliyev prospekti, 3 saylı Bakı DOST Mərkəzinin yanı (minib-düşmə yeri);
Ziya Bünyadov prospekti, 4 saylı Bakı DOST Mərkəzinin qarşısı (avtobus zolağında minib-düşmə yeri);
Abbas Mirzə Şərifzadə küçəsi, 3 saylı Bakı "ASAN xidmət" mərkəzinin qarşısı (minib-düşmə yeri);
9-cu köndələn küçəsi, 5 saylı Bakı "ASAN xidmət" mərkəzinin yanı (minib-düşmə yeri);
Hüseynbala Əliyev küçəsi, metronun "Memar Əcəmi" stansiyasının yaxınlığı (minib-düşmə yeri);
Süleyman Sani Axundov küçəsi, metronun "Azadlıq Prospekti" stansiyasının yaxınlığı (minib-düşmə yeri və taksi duracağı);
Füzuli küçəsi, "28 Mall"un yanı (minib-düşmə yeri);
Şəmsi Bədəlbəyli küçəsi, "28 Mall"un yanı (avtobus zolağında minib-düşmə yeri).
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 26 Avqust 2026 14:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















