Icma.az
close
up
RU
Bu, o deməkdir ki, Zəngəzur dəhlizi açılacaq ŞƏRH

Bu, o deməkdir ki, Zəngəzur dəhlizi açılacaq ŞƏRH

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

“Azərbaycanla Türkiyənin sıx əməkdaşlığı  iki strateji müttəfiq  və qardaş ölkə arasında münasibətlərin  daha da dərinləşməsinə deyil, eyni zamanda regional sülhün, sabitliyin, təhlükəsizliyin qorunmasına və sıx əməkdaşlığa xidmət edir. İki qardaş ölkə arasında çoxsaylı transmilli enerji, nəqliyyat, tranzit-yükdaşıma və kommunikasiya layihələrin icrası nəticəsində Avrasiya coğrafiyasında ciddi bir əməkdaşlıq formatı yaradılmaqdadır”.

Bunu Ölkə.Az-a açıqlamasında VI çağırış Milli Məclisin deputatı İltizam Yusifov deyib.

Onun sözlərinə görə, yürüdülən məqsədyönlü və konkret uzaqgörən hədəflərə xidmət edən siyasətin nəticəsidir ki, hər iki qardaş ölkə mövcud mürəkkəb geosiyasi proseslərin getdiyi bir zamanda  etibarlı bir logistik mərkəzə çevriliblər. “Avrasiya coğrafiyasının yeni logistik xəritəsini məhz Azərbaycanla Türkiyə müəyyən etməkdədir. Nəticədə Azərbaycanla Türkiyə Avrasiya və Afrika coğrafiyasında bir əməkdaşlıq körpüsünə və transkontinental xaba çevrilib”, - o qeyd edib.

Yusifov əlavə edib ki, Bakı ilə Ankaranın əlaqələri mövcud geosiyasi  proseslər fonunda getdikcə artmaqdadır: “Yaranmış fürsətdən  milli maraqları naminə faydalanan Azərbaycanla Türkiyə qarşılarındakı çağırışlara və hədəflərə nail olmaq üçün birgə fəaliyyətlərini daha da inkişaf etdiməklə iki ölkənin inkişafına, təhlükəsizliyinə və əhalisinin rifah halının yaxşılamasına çalışırlar. Elə martın 5-də sonuncu İğdır-Naxçıvan qaz kəmərinin açılışı da bu məqsədə xidmət edir. Bu qaz kəmərinin açılışı Azərbaycanın, xüsusən də Naxçıvanın enerji təhlükəsizliyinin daha etibarlı şəkildə təmin olunması ilə yanaşı, çox ciddi gələcək hədəflərə xidmət edir.  İğdır-Naxçıvan qaz kəmərinin açılışı “Bir millət, iki dövlət” şüarı altında fəaliyyət göstərən qardaş ölkənin həm də dünyaya bir mesajı idi. Mesaj isə belə oxumaq lazımdır: Azərbaycanla Türkiyə bölgədə dayanıqlı sülh, sabitlik, insanların rifahına xidmət edən sıx inteqrasiya olunmuş əməkdaşlıq.

Bu mesajı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıq şəkildə beynəlxalq aləmə çatdıraraq bildirib ki, biz bölgəmizdə ancaq sülh istəyirik, əməkdaşlıq istəyirik, hamımızın birlikdə inkişaf etməsini istəyirik. “Bundan sonra regional sülh, rifah və əmin-amanlıqla bağlı hər cür layihəni birlikdə həyata keçirməkdə qətiyyətliyik”, - Ərdoğan bildirib.

Bu, eyni zamanda iki qardaş ölkənin gələcəkdə də birgə əməkdaşlığının nümayişi idi. Prezident Rəcəb Tayyib Ərdoğanın “Ən çətin günlərimizdə Can Azərbaycanı yanımızda gördüksə, biz də qardaşlarımızın ehtiyac duyduğu hər an onların yanlarında olacağıq. “Bir millət, iki dövlət” şüarı ilə formalaşan qardaşlıq münasibətlərimizdə hər sahədə böyük irəliləyişlər əldə edirik. Türkiyə-Azərbaycan qardaşlığının daha da güclənəcəyinə inanıram”, - fikri bunun bariz nümunəsidir. 

Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvanın qədim Azərbaycan torpağı olması, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süqut edəndən beş ay sonra sovet hakimiyyəti Qərbi Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsi nəticəsində  Naxşıvanın Azərbaycanın əsas hissəsi ilə quru bağlantısının kəsilməsi barədə verdiyi mesajın arxasında isə gələcəkdə Zəngəzur dəhlizinin açılmasına dair bir mesaj kimi oxumaq lazımdır. Prezident İlham Əliyev Naxçıvanla  birbaşa quru əlaqəsinin olmamasını ədalətsizlik hesab edərək, bunun bu bölgədə yaşayan insanlarımızın həyatına çox mənfi təsir etdiyini dilə gətirdi. Ermənistanla imzalanması nəzərdə tutulan sülh sazişində bu ədalətsizlik aradan qaldırılıb Azərbaycanla birbaşa quru əlaqəsi olmayınca imzalanacaq sülhü ədalətli hesab etmək olmaz. Bu isə o deməkdir ki, Zəngəzur dəhlizi açılmalıdır və açılacaq da. Bakı ilə Anakara arasında birgə sıx əməkdaşlığın nəticəsi olaraq tezliklə Zəngəzur dəhlizi açılacaq. Bunun başqa alternativi yoxdur. Bunun üçün artıq geosiyasi zəmin də yaranmaqdadır. Bunu Ermənistan tərəfi zamanında dərk etsə daha yaxşı olar. Digər tərəfdən onların geosiyasi vəziyyət Ermənistanı Zəngəzur dəhlizinin Bakının şərtləri daxilində açmaqdan başqa yolu qalmayacaq.  Gedən proseslər  Zəngəzur dəhlizinin açılmasını geriyədönməz prosesə çevirir. Çıxılmaz vəziyyətə düşən  Ermənistan isə dəhlizi açmaqdan başqa alternativi olmayacaq”. 

Mürtəza
Ölkə.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:239
embedMənbə:https://olke.az
archiveBu xəbər 08 Mart 2025 19:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri