Bu ökədə vəba epidemiyası elan edildi
Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Mərkəzi Afrika Respublikası ölkədə vəba epidemiyasının yayıldığını elan edib.
"Ölkə.az" xəbər verir ki, Səhiyyə Nazirliyi paytaxt Banqinin cənub-qərbində yerləşən Bimbo və Mbayki səhiyyə dairələrində vəba epidemiyasını rəsmən təsdiqləyib.
İndiyədək xəstəliklə əlaqəli 24 ölüm hadisəsi qeydə alınıb, 197 nəfərə isə xolera diaqnozu qoyulub.
Nazir əlavə edib ki, xəstəliyin yayılmasının qarşısını almaq üçün zərərçəkmiş bölgələrdə və yaxınlıqdakı şəhərlərdə profilaktik tədbirlər həyata keçirilir.
Xolera bakteriya ilə çirklənmiş su və qida vasitəsilə yayılır. Xəstəlik ağır ishal və susuzlaşmaya səbəb ola bilər. Bu virus inkişaf etmiş ölkələrdə nəzarət altına alınsa da, təmiz içməli suya çıxışın məhdud olduğu yoxsul bölgələrdə hələ də ciddi təhlükə olaraq qalır.
Hazırda səlahiyyətli qurumlar epidemiyanın mənbəyini araşdırır. Bu, ölkədə qeydə alınan beşinci vəba epidemiyasıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 27 İyun 2026 21:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















