Icma.az
close
up
RU
Bu ölkə ABŞ nin iddialarını rədd etdi

Bu ölkə ABŞ nin iddialarını rədd etdi

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Cənubi Afrika Respublikası, ABŞ Dövlət Departamentinin 2024-cü il insan haqları hesabatında ölkəyə qarşı irəli sürülən iddiaların həqiqəti əks etdirmədiyini bildirib.

"Cebheinfo.az" xəbər verir ki, Beynəlxalq Əlaqələr və Əməkdaşlıq Nazirliyinin yaydığı yazılı açıqlamada, “Nazirlik, ABŞ Dövlət Departamentinin Cənubi Afrikadakı insan haqları ilə bağlı son hesabatından dərin məyusluğunu ifadə edir” ifadəsinə yer verilib.

Açıqlamada hesabatın ölkənin konstitusion demokratiyasının reallıqlarını əks etdirmədiyi, səhv və olduqca qüsurlu olduğu vurğulanaraq, “Hesabatın kontekstdən çıxarılmış məlumatlara və etibarsızlaşdırılmış təsvirlərə əsaslanması son dərəcə narahatedicidir” qeyd olunub.

Bildirilib ki, hesabatda Limpopo əyalətində baş verən bir fermada qətl hadisəsinə dair məhkəmə prosesi müstəqil məhkəmə araşdırması davam edərkən “məhkəməsiz edam” kimi təqdim olunub və faktlar ciddi şəkildə təhrif edilib.

Polisin güc tətbiq etməsi ilə bağlı iddiaların da mövcud nəzarət mexanizmləri və davam edən istintaqlar nəzərə alınmadan çatdırıldığı qeyd edilən açıqlamada, Cənubi Afrikanın məlumatlara şəffaf çıxış təmin edən hüquq-mühafizə orqanlarına və insan haqlarını qorumaqla məsul konstitusion qurumlara malik ölkə olduğu vurğulanıb.

Məlumatda ABŞ-nin 2018-ci ildə BMT-nin İnsan Haqları Şurasından çıxdığı xatırladılaraq, “Hesabatlılığını itirmiş bir ölkənin, hər hansı prosedur və mahiyyət üzrə öhdəlik daşımadan, birtərəfli və reallıqdan uzaq hesabatlar hazırlamağa çalışması ironikdir” ifadəsi işlədilib. ABŞ-nin hesabatında Cənubi Afrikada insan haqları vəziyyətinin 2024-cü ildə əhəmiyyətli dərəcədə pisləşdiyi iddia olunub.

Hesabatda həmçinin əsassız həbslər, polis zorakılığı, jurnalistlərə təzyiq, qaçqın və miqrantlara qarşı pis rəftar iddiaları, antisemitizm halları kimi mövzulara yer verilib.ABŞ hesabatında Cənubi Afrikanın “2024-cü il Torpaq Müsadirəsi Qanunu”nun ağdərili fermerlərin torpaqlarının təzminatsız müsadirəsinə gətirib çıxara biləcəyinə diqqət çəkilib, ölkədə baş verən ferma qətllərinə dair qiymətləndirmələr təqdim olunub.

Nigar Hacılı 
"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Avqust 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see303

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see288

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see265

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see261

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see256

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see249

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see247

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see245

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see229

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see222

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see213

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see212

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see209

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see208

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see207

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see206

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see204

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see188

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see173

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri