Icma.az
close
up
RU
Bu ölkə Azərbaycanla vizasız rejimi ləğv edir

Bu ölkə Azərbaycanla vizasız rejimi ləğv edir

Sitat.info portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan vətəndaşları üçün tətbiq ediləcək viza rejiminin yeni qayda və şərtlərinin dəqiqləşdirilməsi məqsədilə Monteneqro tərəfinə rəsmi sorğu göndərilib.

Sitat.info xəbər verir ki, bu barədə Operativ Media-ya Xarici İşlər Nazirliyinin sözcüsü Ayxan Hacızadə məlumat verib.

O bildirib ki, uzun müddət Monteneqro birtərəfli qaydada bu ölkəyə səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarına münasibətdə vizasız gediş-gəliş rejimini tətbiq edib: “Lakin Monteneqro hökumətinin qərarına əsasən, 2026-cı ilin 15 yanvar tarixindən etibarən Monteneqroya səfər etmək istəyən Azərbaycan vətəndaşları üçün viza rejimi tətbiq olunacaq”.

XİN sözcüsü qeyd edib ki, bu qərar Monteneqro hökumətinin Avropa İttifaqına üzvlük prosesi çərçivəsində üzərinə götürdüyü öhdəliklərlə əlaqədardır: “Ölkəmizin vətəndaşlarına münasibətdə viza rejiminin yeni qaydaları və şərtlərinin nədən ibarət olacağı barədə müvafiq sorğumuz qarşı tərəfə ünvanlanıb. Məsələ ilə bağlı, müvafiq qaydada əlavə məlumat veriləcək”.

Qeyd edək ki, 2026-cı il yanvarın 15-dən sonra Azərbaycan vətəndaşları Monteneqroya yalnız viza əsasında səfər edə biləcəklər. Bu ölkədə işləmək və ya biznes fəaliyyəti ilə məşğul olmaq üçün isə ən azı 1 illik yaşayış icazəsinin alınması tələb olunacaq.

Monteneqro hökumətinin dekabr ayında keçirilən son iclasında viza rejimi ilə bağlı yeni qərarlar da qəbul edilib. Qərara əsasən, Bəhreyn Krallığı, Qətər, Səudiyyə Ərəbistanı və Türkiyə Respublikasının vətəndaşları etibarlı pasportla Monteneqroya vizasız daxil ola, tranzit keçə və 30 günədək ölkədə qala bilərlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://sitat.info
archiveBu xəbər 30 Dekabr 2025 09:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see714

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see350

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see349

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see318

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see306

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see302

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see283

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see281

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see269

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see259

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see236

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see236

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see224

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see223

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see219

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see217

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see202

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri