Bu ölkə hibrid avtomobillərin istehsalına başlamağı PLANLAŞDIRIR
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Sankt-Peterburqda bərpa edilmiş sənaye müəssisələrindən birinin ərazisində hibrid avtomobillərin istehsalına başlanması planlaşdırılır.
Redaktor.az xəbər verir ki, bunu şəhərin Sənaye Siyasəti, İnnovasiyalar və Ticarət Komitəsinin rəhbəri Aleksandr Sitov “78” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, ilk hibrid güc qurğusu ilə təchiz edilmiş avtomobillərin istehsalına 2026-2027-ci illər ərzində başlanıla bilər.
“Əminik ki, bu ildən gələn ilə keçid dövründə, o cümlədən hibrid güc qurğusundan istifadə edilən ilk avtomobillərimiz istehsal olunmağa başlayacaq”, - deyə Sitov əlavə edib.
Müəssisə Sankt-Peterburqda hibrid avtomobillərin istehsalı ilə məşğul olan ilk zavod olacaq. Bununla belə, layihənin konkret detalları hələlik rəsmi şəkildə açıqlanmayıb.
Qeyd edək ki, bundan əvvəl Rusiyada benzinlə bağlı yaranan çətin vəziyyət səbəbindən hibrid və elektrik avtomobillərinə tələbatın artdığı barədə məlumat yayılmışdı.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 16 Sentyabr 2026 22:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















