Bu ölkə İspaniyaya Şengen vizalarını dayandırır Kanslerdən PAYLAŞIM
Icma.az bildirir, Sia Az portalına istinadən.
Vyana İspaniyada miqrasiya vəziyyətinin pisləşəcəyi təqdirdə Şengen vizalarının verilməsini müvəqqəti dayandıra bilər. Bu barədə Avstriya kansleri Kristian Ştoker "X" sosial şəbəkəsində yazıb. Onun sözlərinə görə, İspaniyadakı hadisələr həyəcan siqnalıdır, Avstriya isə vəziyyətin inkişafını diqqətlə izləyir və daxili işlər və miqrasiya üzrə Avropa komissarı Maqnus Brunner, Avropa məsələləri üzrə nazir Klaudiya Bauer və Avstriyanın xarici işlər naziri Gerhard Karnerlə daim əlaqə saxlayır.
Kansler vurğulayıb ki, İspaniya Avropa İttifaqı qarşısında götürdüyü öhdəliklərini yerinə yetirməli və qeyri-qanuni miqrantların Aİ ərazisinə daxil olmasına yol verməməlidir. K. Ştoker bildirib ki, İspaniya hökumətinin minlərlə qeyri-qanuni miqranta yaşamaq icazəsinin verilməsi qərarı qanunsuz miqrant axınına əlavə təkan verib.
O qeyd edib ki, Avstriya Sığınacaq və miqrasiya üzrə Avropa paktının ən qısa zamanda həyata keçirilməsinin tərəfdarıdır.
Mətləb
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 31 İyul 2026 22:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















