Bu ölkə Türkiyədən KAAN almaq istəyir Afina təşvişdə
Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyə ilə Misir arasında inkişaf edən münasibətlər Yunanıstan, İsrail və Cənubi Kiprdə böyük narahatlıq doğurub.
Axar.az xəbər verir ki, bu barədə Yunanıstan mediasında məqalə dərc olunub.
İddia edilir ki, Qahirə Ankaradan KAAN qırıcı təyyarələri və PUA-lar alaraq ölkədə fabrik qurmağı planlaşdırır.
Birgə hava qüvvələri və komando təlimləri Qahirə ilə Ankara arasında sürətlə dərinləşən hərbi əməkdaşlığın göstəricisidir. Yunanıstan və İsrail üçün isə Türkiyənin regional ambisiyaları Misirin izlədiyi yol və Aralıq dənizinin şərq hissəsində gələcək güc balansı ilə bağlı narahatlıqlar yaradır.
Bildirilib ki, Misirin hərbi cəhətdən Türkiyəyə üstünlük verməsi Şərqi Aralıq dənizində tarazlığı dəyişdirə biləcək. Bu proses eyni zamanda Yunanıstan və İsrail üçün uzunmüddətli təhlükəli nəticələrə səbəb ola biləcək strateji ittifaq kimi şərh edilməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 25 İyul 2026 10:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















