Bu ölkədə Ebolaya yoluxanların SAYI ARTDI
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Uqandada təhlükəli Ebola qızdırmasına daha üç yeni yoluxma halı aşkarlanıb və bununla da ölkədə ümumi yoluxma sayı beşə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Uqandanın Səhiyyə Nazirliyinin sosial şəbəkə hesablarında yayılan rəsmi məlumatda bildirilir.
Nazirliyin bəyanatında qeyd olunub ki, aparılan laborator analizlər nəticəsində virusa daha 3 yoluxma faktı təsdiqlənib. Onlardan ikisi ölkədə virusa ilk yoluxan şəxslə birbaşa təmasda olmuş şəxslərdir. Digər yoluxma halı isə hazırda Uqanda ərazisində olan Konqo Demokratik Respublikasının vətəndaşında müəyyən edilib.
Səhiyyə rəsmiləri virusun daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədilə təmasda olan digər şəxslərin müəyyənləşdirilməsi və nəzarətə götürülməsi istiqamətində təcili tədbirlərə başlayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 23 May 2026 15:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















