Icma.az
close
up
RU
Bu ölkədə xəstəlik yayıldı: Azərbaycan üçün risk var? KONKRET

Bu ölkədə xəstəlik yayıldı: Azərbaycan üçün risk var? KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Konqo Demokratik Respublikasında Ebola virusunun yenidən yayılması beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Yoluxma hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət rejiminin əhatə dairəsinin genişləndirilməsi virusun nəzarətdən çıxma riskini yenidən gündəmə gətirib.

Bəs hazırkı vəziyyət fonunda Azərbaycan Ebola kimi yüksək təhlükəli infeksiyaların qarşısının alınmasına nə dərəcədə hazırdır?

KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, Ebola virusu hemorragik qızdırma yaradan viruslar qrupuna aiddir:

“Hemorragik qızdırmalara həmçinin denge qızdırması, sarı qızdırma və digər xəstəliklər də daxildir. Afrikada bu cür qızdırmalara tez-tez rast gəlinir və zaman-zaman epidemiya şəklində yayılır. Ebola virusunun təbiətdəki təbii rezervuarları əsasən meyvə ilə qidalanan yarasalar və insan olmayan primatlardır. Virus bu rezervuarlardan insana onların ifrazatları və bioloji mayeləri vasitəsilə keçə bilər. Məsələn, meyvə ilə qidalanan yarasaların sidik qalıqları və ya ağız suyu ilə çirklənmiş meyvələr vasitəsilə insana yoluxma baş verə bilər. Bu, adətən, gigiyenik tələblərə əməl edilmədikdə baş verir”.

A Qeybullanın sözlərinə görə, insan yoluxduqdan sonra virus bir şəxsdən digərinə bioloji mayelər və birbaşa təmas vasitəsilə keçə bilər:

“Hələlik virusun hava-damcı yolu ilə yoluxma təhlükəsi olmadığına görə onun pandemiya yaratmaq potensialı yoxdur. Epidemiya ocağı nə qədər böyük olsa da, hazırda Dünya Səhiyyə Təşkilatının onu lokallaşdırmaq imkanları mövcuddur. Amma bir məsələni nəzərə almaq lazımdır ki, insanların sayı artdıqca və onların təbiətlə təması, eləcə də təbiətə müdaxiləsi genişləndikcə bu cür virusların yeni yoluxma və xəstəlik hallarına səbəb olması təhlükəsi də qalır. Məsələ bundan ibarətdir”.

Professor bildirib ki, Ebola virusu ağır gedişə malik xəstəlik yaradır:

“Xəstəlik əsasən hemorragik qızdırma, qan laxtalanma sisteminin pozulması, güclü və hətta ölümcül qanaxmalarla müşayiət olunur. Xəstəlik ilkin mərhələdə quru əlamətlərlə – boğaz ağrısı, baş ağrısı, ümumi halsızlıq və zəifliklə başlayır. Daha sonra isə diareya və qusma kimi yaş əlamətlər qoşulur. Sonrakı mərhələlərdə qanaxmalar və ölüm halları baş verə bilər”.

Adil Qeybulla deyib ki, Ebola zamanı ölüm göstəricisi kifayət qədər yüksəkdir və hətta 50 faizdən yuxarı ola bilər:

“Ona görə də xəstəliyin vaxtında lokallaşdırılması və yayılmasının qarşısının alınması üçün müvafiq tədbirlər görülməlidir. Xəstəlik ayrı-ayrı ölkələrdə də qeydə alına bilər. Çünki insanlar bir yerdən başqa yerə səfər və ya miqrasiya edir və yoluxduqları virusu başqa ərazilərə daşıya bilərlər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://konkret.az
archiveBu xəbər 11 İyul 2026 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see526

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see304

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see295

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see294

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see286

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see267

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see264

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see251

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see248

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see238

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see234

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see233

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see233

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see231

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see230

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see226

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see219

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see218

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri