Icma.az
close
up
RU
Bu ölkədən Azərbaycana idxal 115 dəfə artdı Nə baş verir?

Bu ölkədən Azərbaycana idxal 115 dəfə artdı Nə baş verir?

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanla Avstraliya arasında ticarət dövriyyəsi 27 dəfə artıb.

Axar.az xəbər verir ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla Avstraliya arasında ticarət əməliyyatlarının həcmi 1 milyard 36 milyon 99 min ABŞ dolları təşkil edib.

Gömrük Komitəsindən verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 997 milyon 887 min ABŞ dolları (27,1 dəfə) çoxdur.

Hesabat dövründə Avstraliya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 2,63%-i həcmində olub.

10 ayda Azərbaycan Avstraliyaya 114 min ABŞ dolları dəyərində məhsul ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 99,6% azdır.

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan Avstraliyadan məhsul idxalını illik müqayisədə 115,1 dəfə artıraraq, 1 milyard 35 milyon 985 min ABŞ dollarına çatdırıb. Dövr ərzində Avstraliya ilə idxal əməliyyatları ölkənin ümumi idxalının 6,23%-ni təşkil edib.

İqtisadçı ekspert Razi Abasbəyli bildirib ki, Azərbaycan və Avstraliya arasında ticarət dövriyyəsinin 27,1 dəfə artmasının səbəbi Azərbaycana böyük həcmdə qızılın idxalıdır:

“Bu ilin ilk 9 ayında Avstraliyadan Azərbaycana təxminən 12 ton, yəni 906,1 milyon dollar dəyərində qızıl gətirilib. Bu, Avstraliyadan idxalın kəskin artmasına səbəb olub və ticarət dövriyyəsində əsas yeri tutub. Qızıl idxalı Dövlət Neft Fondunun qızıl ehtiyatlarını artırması ilə əlaqəlidir”.

Ekspert vurğulayıb ki, Azərbaycanın qızıl idxal etməsi, strateji ehtiyatlarını artırması tamamilə doğru qərardır!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://axar.az
archiveBu xəbər 17 Dekabr 2024 00:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see368

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see343

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see338

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see329

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see300

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see296

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see275

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see257

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see244

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see236

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see229

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see219

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see205

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see200

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see199

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see187

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see185

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see183

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri