Icma.az
close
up
RU
“Bu, onun ailəsi ilə son danışığı oldu” FOTO VİDEO

“Bu, onun ailəsi ilə son danışığı oldu” FOTO VİDEO

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda tarixi salnamə yazan qəhrəmanlardan biri də şəhid Rahim Qara oğlu Tağıyevdir. O, 1979-cu ilin nöyabrın 10-da Mingəçevir şəhərində anadan olub.
Bizim.Media xəbər verir ki, Aprel döyüşlərinin qəhrəman şəhidi Rahim Azərbaycan əsgərinin mərdliyinin, Vətənə sədaqətinin parlaq nümunəsidir.
O, uzun illər – düz 18 il şərəflə hərbi xidmət göstərmiş, tank komandiri kimi döyüş meydanında böyük təcrübə və cəsarət nümayiş etdirmişdir. Sağlığında layiq görüldüyü 5 medal onun xidmətlərinin, zəhmətinin və vətənpərvərliyinin təsdiqi idi.
2016-cı il aprelin 2-də gedən ağır döyüşlər zamanı Rahim Tağıyev ön xəttdə, ən təhlükəli istiqamətlərdən birində vuruşurdu.
 

Döyüş zamanı yoldaşlarının tankı minalanmış ərazidə vurulmuşdu. Onlar alov içində texnikanı tərk etmək məcburiyyətində qalmışdılar. Lakin Rahim Tağıyev yoldaşlarını və döyüş texnikasını orada qoymağı qəbul etmədi. O, böyük riskə baxmayaraq öz tankından enərək həmin tankı çıxarmağa cəhd göstərdi. Məhz bu anda düşmən tərəfindən atılan silah nəticəsində ağır yaralandı.


O, 3 ay 6 gün komada qalaraq həyat uğrunda mübarizə apardı. Həkimlərin bütün səylərinə, keçirilən əməliyyatlara baxmayaraq, 2016-cı il iyulun 10-da şəhidlik zirvəsinə ucaldı.
Şəhidimizin həyat yoldaşı Vüsalə Tağıyeva Bizim.Media-ya həmin günləri ürək ağrısı ilə danışdı:
“Müharibədən bir qədər əvvəl Rahim evə gəldi. Həmişəki kimi sakit, təmkinli idi. Yeməyini yedi, əşyalarını götürdü və ailəsinə “ola bilər gec qayıdaram, işdə bir az problemlər var”.
O, hərbiçi olduğu üçün evdə baş verənlərdən, qarşıda duran təhlükədən danışmağı sevməzdi. Amma o gün hamı ilə bir-bir görüşməsi, sanki ürəyində bir hissin olması diqqətdən yayınmadı.
Böyük oğlu ilə görüşəndə isə dediyi sözlər yaddaşlara əbədi həkk olundu: “Anan, bacın sənə əmanətdir. Ola bilər mən qayıda bilmərəm.”
O zaman bu sözlər ailəyə qəribə gəldi. Axı müharibə yox idi… Heç kim bunun son görüş olduğunu düşünmürdü.
Rahim evdən çıxdı və bir neçə gün sonra – aprelin 1-i axşam saatlarında zəng etdi. Ailəsinin halını soruşdu, balaca oğlu ilə danışmaq istədi, lakin o, artıq yatmışdı. Evdə pul qoyduğunu dedi, yenə gec gələcəyini bildirdi. Sonda isə övladlarını bir daha əmanət edib danışığını bitirmədən xətt kəsildi… Bu, onun ailəsi ilə son danışığı oldu".
Vüsalə xanım danışdıqca göz yaşlarına hakim ola bilmirdi.
Özünü toparlayaraq yenidən həmin günü nəql etməyə başladı.
"Səhəri gün artıq xəbər yayıldı – müharibə başlamışdı. Rahimlə birbaşa əlaqə saxlamaq mümkün deyildi. Tanışlardan öyrəndik ki, o, tankla döyüşə yollanıb. Uşaqları götürərək anamgilə getdik. İçimdə qəribə narahatlıq var idi. Evə qayıdıb xəbərləri izlədikdə vurulan bir tank görüntüsü gördüm və sanki içimdə fırtınalar qopdu və bu məni qorxuya saldı.
Rahimdən xəbər almaq üçün tanışlarına yığdım. Onlar onun yaralandığını, lakin vəziyyətinin yaxşı olduğunu desələr də, mən inanmadım. Nəhayət, Rahimin qardaşı ilə birlikdə Tərtərə doğru yola yollandıq…".
 

Vüsalə xanım yaxınları ilə birlikdə Tərtər hospitalına yola düşür və o, şəhidin yatdığı palataya gedən zaman gördüklərindən dəhşətə gəlir. Çünki şəhidin siması tanınmaz halda idi. O, həmin şəxsin həyat yoldaşı olmadığını təkid etsə də palatada yatan 2 yaralı hərbiçilər həmin şəxsin Rahim olduğunu söyləyirlər.


Gəncədə ilkin tibbi yardım göstərildikdən sonra Rahim Tağıyev Bakıya aparıldı. O, 3 ay 6 gün komada qalaraq həyat uğrunda ağır mübarizə apardı.
Bu müddət ərzində ailəsi də onunla birlikdə sanki zamanla yarışırdı – hər gün, hər an bir ümidlə yaşayır, onun gözlərini açacağı günü gözləyirdi.
"Biz bir neçə dəfə onun yanına getdik. Onu o halda görmək çox ağır idi. Gün keçdikcə vəziyyətinin daha da pisləşdiyini hiss edirdik. Ürəyimizdə bir ümid olsa da, bu ümid hər gün bir az da sarsılırdı.
Bir gün həkimə yaxınlaşıb soruşdum: “Sağalacaqmı?” Cavabı isə ürəyimi parçaladı. Həkim bildirdi ki, artıq sağalması mümkün deyil, sadəcə ürəyi işlədiyi üçün aparatlar vasitəsilə yaşadılır. O, Rahimin çox əziyyət çəkdiyini dedi və razılığımı alaraq onu aparatdan ayırmağın daha doğru olacağını məsləhət gördü.
Bu sözləri eşitmək çox ağır idi. Bir tərəfdə həkimin dediyi acı həqiqət, digər tərəfdə isə içimdə sönməyən ümid… Mən razılaşa bilmirdim. Axı o, mənim həyat yoldaşım, övladlarımın atası idi. Mən hələ də onun gözlərini açacağını, bizə qayıdacağını gözləyirdim.
Ümidlə yaşamaq bəzən insanın ən böyük gücü olur. Mən də o ümidlə günləri sayırdım… Amma taleyin yazısı başqa oldu ".
Rahim Tağıyev bütün bu əzablara baxmayaraq, 2016-cı il iyulun 10-da şəhidlik zirvəsinə ucaldı.
Şəhidin bizlərə 3 əmanəti qalıb. Ülkər, Nicat, Nihat.






Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://bizim.media
archiveBu xəbər 04 Aprel 2026 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri