Icma.az
close
up
RU
“Bu oyunu uduzduq, səhvlərimizdən dərs çıxarmalıyıq”

“Bu oyunu uduzduq, səhvlərimizdən dərs çıxarmalıyıq”

Idmanxeber.az saytına istinadən Icma.az xəbər verir.

“Qol buraxdıq, amma qol vura bilmədik. Fürsətlərdən istifadə etmək alınmadı. Hücumçularımız “dişsiz” idilər, epizodlarda baş çıxara bilmədilər. Ələlxüsus da Ağadadaş Salyanski. Ona görə də uduzduq”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 25-ci turunun “Kəpəz”lə matçından sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.

– Qarşıdakı turda “Turan Tovuz”a qarşı oynayacaqsız. Bu iki görüş “Sabah”a turnir cədvəlində çatmaq baxımından önəmli idi?

– Bizim üçün motivasiya udmaqdır. Oyuna yaxşı başladıq, epizodlar əldə etdik. Son verilən qərarlar, keyfiyyət baxımından axsayırıq. Bütün oyunlar önəmlidir, daha da önə getmək baxımından deyirəm. Bu oyunu uduzduq, səhvlərimizdən dərs çıxarmalıyıq.

– Asan qol buraxdığınızı demək olar?

– Epizod hardan başladı, necə oldu, ona baxmaq lazımdır. Bilmirəm, epizodu xatırlayıram, ya yox. Ağadadaş Salyanskidə yaxşı şans var idi, amma başını çəkdi. Bu da suallar yaradır ki, niyə belə şey etdi? Videoyaya baxandan sonra nələrsə deyəcəm. Deyəsən, o epizoddan sonra qapımızda qol gördük. Onun ardı idi, ya yox, dəqiq xatırlamıram.

– “Neftçi” çox sadə qollar buraxır. Ötən mövsümkü beşli müdafiədir. Sizə elə gəlmir ki, daha güclü və daha səviyyəli müdafiəçilərə ehtiyac var?

– Bütün mövqelərə baxanda, mən istədiyim tipdə futbolçulara ehtiyac var. Biz də anlayırıq ki, həmin vəziyyətdən danışmaq gecdir və yersizdir. Son oyunlarda çox da qol buraxmamışıq. Müdafiədən yox, hücumdan danışmaq istəyirəm. Belə oynamaq olmaz. Ağadadaşdan çox narazı qaldım. Akademiyamızdan çıxan uşaşqlar anlamalıdır ki, bu gün nə qədər azarkeşlərimiz dəstək olurlarsa, belə oyunla özləri haqda rəyi də yerə vururlar. Rəqibin heyətində Paçu Lira var idi, bilirdin ki, hücumçudur. Aqressiv idi, müdafiəçilərimizə yapışırdı. Amma bunu Ağadadaş haqda deyə bilmərəm. Fasilədə özünə də dedim ki, elə oyna, rəqib hücumçumuz olduğun…

– Yuri Matias Braziliyaya mətbuatına şəxsi problemlərindən danışıb və ölkəsinə qayıda bilər. Klubun bunun mövqeyi necədir? Sanki əvvəlki Matias deyil…

– Məndən qabaqkı Matiası tanımırdım, onu rəqib kimi görmüşdüm. Braziliya mətbuatına verdiyi müsahibədən xəbərdaram. Heç vaxt görməmişəm ki, ailəsindəki problemi məşqinə və ya oyununa təsir etsin. O, digər futbolçularımız üçün nümunədir. Matiasın ailə vəziyyətindən xəbərimiz var. Fikri uşaqların yanında ola-ola bu cür oynadığı üçün Matiasa təşəkkür düşür.

– İntizam Komitəsi “Kəpəz”lə kubok görüşündəki kobudluğuna görə Sambuya iki oyunluq cəza verdi. Düşünmürsüz ki, “Kəpəz”lə matçdan sonrakı açıqlamanızın bura təsiri oldu?

– Məni niyə cəzalandırmalıdılarki?

– Qaydalara görə hakimlər haqda danışmaq olmaz…

– Nə danışdıq ki, cəza alaq?

– Demişdiz ki, VAR-ı rədd etmək lazımdır…

– Şəxsi fikrimdir. Futboldan VAR-ı rədd eləmək lazımdır demişdim. İnsanlar qol vurur, sonra sayılmır. Bildiyim qədərilə, İsveç VAR sistemini aradan götürüb. Şəxsi fikrimdir. İstəmirəm futbolda VAR olsun. Heç istəmirəm ki, futbol texnologiyalara bağlı olsun. Azərbaycanda da istəmirəm. Ona görə cəza verilməlidir? Bəs nə haqda danışaq? Əksinə, fikirləşirdim ki, “Neftçi”nin baş məşqçisi buna toxunursa, fikri ajiotaja yaradırsa… Haqlı olaraq orada qırmızı vərəqə olduğunu düşünmürdüm. Qaydalar nə deyir? Bunları kənara qoyduq. Fikirləşirdim ki, özləri də baxarlar, başa düşərlər və maksimum bir oyun edərlər. Sambu yoxdur, onun da altından çıxacağıq. Sırf mən dedim deyə, 2 oyun edirlərsə, hara gedib çıxacaq vəziyyət? İntizam Komitəsinin mənimlə prinsipi, qərəzi var? (sportal.az)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:287
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 05 Mart 2025 19:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see363

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see340

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see279

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see273

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see270

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see269

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see263

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see256

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see253

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see249

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see241

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see238

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see236

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see235

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see228

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see224

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see208

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri