“Bu qadağa milli mənəvi dəyərlərimizin qorunmasına xidmət edir”
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, sayt və sosial şəbəkədə cəmiyyətə qarşı açıq hörmətsizlik hərəkətləri qadağan edilib.
Prezident İlham Əliyev bununla bağlı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna dəyişikliyi təsdiqləyib.
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov, məlum qadağanın milli-mənəvi dəyərlərin qorunmasına xidmət etdiyini bildirib:
“Bildiyiniz kimi, xalqımızın ən böyük sərvətlərindən biri milli-mənəvi dəyərlərdir. Əsrlər, minilliklər boyu formalaşan bu dəyərlər həm də xalqımızın milli özünəməxsusluğunu, bənzərsizliyini müəyyənləşdirir.
Milli-mənəvi dəyərlər milli kimliyimizin ayrılmaz bir hissəsidir. Məhz bu baxımdan həm Ulu Öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev hər zaman milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət göstərib, bu məsələyə çox böyük həssaslıqla yanaşıb.
Müasir dünyamızda qloballaşma meyillərinin güclənməsi milli-mənəvi dəyərlərin qorunmasına daha çox diqqət göstərməyi zəruri edir. Bu baxımdan cəmiyyətə qarşı açıq hörmətsizlik hərəkətlərinin qadağan edilməsi yerində atılan mühüm bir addım, təqdirəlayiq bir yenilikdir. Bu, həm milli-mənəvi dəyərlərin qorunmasını, həm də cəmiyyətin dağıdıcı təsirlərdən müdafiəsini təmin edir.
İnanıram ki, bu qanun yaxın gələcəkdə öz müsbət nəticəsini verəcək və biz cəmiyətə qarşı açıq hörmətsizliklə bağlı əməllərin nəzərəçarpacaq dərəcədə azalmasına şahid olacağıq”.
Seymur ƏLİYEV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 15 Yanvar 2026 19:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















