Icma.az
close
up
RU
Konstitusion inkişaf milli maraqların qorunmasına xidmət edir

Konstitusion inkişaf milli maraqların qorunmasına xidmət edir

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hər il noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü kimi qeyd olunur. Həmin əlamətdar tarix Azərbaycan dövlətçiliyinin möhkəm hüquqi əsaslarla qurulduğunu və xalqın iradəsinin qanuni çərçivədə ifadə olunduğunu təcəssüm etdirir. Konstitusiya həm də milli dövlətçilik ideallarının uğurla reallaşdırılması, vətəndaşların hüquq və azadlıqlarının qorunması, demokratik idarəetmə mexanizminin təminatçısıdır.

Azərbaycanın konstitusiya quruluşu tarixən müxtəlif mərhələlərdən keçmiş, dövlətçiliyin və milli hüquq sisteminin inkişafını nümayiş etdirmişdir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Şərqdə ilk demokratik respublika kimi tarixi əhəmiyyət daşısa da, bu dövlət qısa müddət mövcud olduğu üçün Konstitusiya qəbul edilə bilməmişdir. Sovet dövründə isə ilk Konstitusiya 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilmiş, sonrakı illərdə - 1925, 1927 və 1937-ci illərdə yeni redaksiyalar təsdiq olunmuşdur.

1978-ci il aprelin 21-də qəbul edilmiş son sovet dövrü Konstitusiyasının hazırlanmasında Ümummilli Lider Heydər Əliyevin rolu xüsusilə əhəmiyyətli olmuşdur. Ulu Öndər 73-cü maddəyə “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” müddəasını daxil edərək milli kimliyin qorunması və dil siyasətinin hüquqi əsaslarını təsbit etmişdir. Həmin dövr ölkəmizin hüquqi və mədəni inkişafı üçün mühüm istiqamət olmuş, Konstitusiya vətəndaşların hüquqlarının qanuni təminatı baxımından mühüm rol oynamışdır.

1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı müasir dövlətçilik üçün əsas yaratmışdır. Lakin 1991–1993-cü illərdə hakimiyyətin yarıtmaz fəaliyyəti ölkədə siyasi böhran və anarxiyaya səbəb olmuş, qanunçuluğun təminatı və vətəndaşların hüquq və azadlıqlarının qorunması mümkün olmamışdır.

1993-cü ildə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ictimai-siyasi sabitlik təmin edilmiş, müasir dövlət quruculuğu üçün etibarlı zəmin yaradılmışdır. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda seçicilərin 91,9 faizi yeni Konstitusiyanın qəbulunu dəstəkləmiş, bu sənəd müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplərə əsaslanan hüquqi əsasını qoymuşdur. Ulu Öndər Heydər Əliyev qeyd etmişdir: “Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir”.

2002, 2009 və 2016-cı illərdə keçirilmiş referendumlar Konstitusiyaya dəyişikliklər və əlavələr etməklə ölkədə idarəetmə mexanizmini daha da təkmilləşdirmişdir. 2016-cı il dəyişikliyi çərçivəsində Birinci vitse-prezidentlik institutu yaradılmış, müasir idarəetmə modelində funksional faktor kimi dövlət və hakimiyyət idarəetmə sisteminə daxil edilmişdir.

Azərbaycan Konstitusiyası demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu təmin edir, hakimiyyət bölgüsü prinsiplərini müəyyənləşdirir və insan hüquqlarını qoruyur. Konstitusiyada vətəndaşların hüquq və azadlıqları, seçki hüquqları, məhkəmə və qanunvericilik orqanlarının funksiyaları dəqiq təsbit olunmuşdur. Eyni zamanda, Konstitusiya ölkəmizdə hüquqi dövlətçiliyin təməlini qoymuş, cəmiyyətin siyasi, sosial və iqtisadi sahələrdə inkişafını tənzimləyən hüquqi baza rolunu oynayır.

Milli Konstitusiyanın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində şanlı Qələbənin 5-ci ildönümü ölkəmizdə böyük təmtəraqla qeyd olunur. Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Dövlət başçısının 2025-ci il 11 fevral tarixli Sərəncamı ilə cari il ərzində həyata keçiriləcək tədbirlər planı təsdiq olunmuşdur. Həmçinin, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2025-ci il 10 oktyabr tarixli Qanunla “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” yubiley medalı təsis edilmişdir.

12 Noyabr – Konstitusiya Günü milli birliyin, vətənpərvərliyin və dövlətçiliyin təntənəsini ifadə edir. Bu amillər hər bir vətəndaşın dövlətin hüquqi əsaslarını qorumaq, hüquq və vəzifələrini dərk etmək, ictimai-siyasi proseslərdə iştirak etmək üçün əhəmiyyətli imkandır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Konstitusiyanın prinsipləri əsasında həyata keçirilən müasir dövlət siyasəti milli maraqlarımızı qoruyur, ölkənin davamlı inkişafını təmin edir və vətəndaşların hüquq və azadlıqlarını bütün sahələrdə təmin edir.

Mahir Süleymanlı

Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Noyabr 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see593

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see319

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see310

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see310

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see302

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see281

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see279

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see277

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see266

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see263

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see247

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see247

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see245

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see240

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see237

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see229

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see228

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see227

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see205

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri