Bu qadınlar hər ay müavinət ala bilər Çoxu xəbərsizdir
Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.
Beşdən çox uşaq doğub tərbiyə edən qadınlara müəyyən şərtlər daxilində aylıq sosial müavinət verilir. Müavinət hüququ altıncı uşağın bir yaşına çatdığı vaxt yaranır və uşaqların sağ olması şərti ilə hər bir uşaq üçün müəyyən edilmiş məbləğdə ödənilir.
Bu barədə “Yeni Sabah”a Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.
Bildirilib ki, müavinət uşağın 18 yaşı tamam olan ayın sonunadək təyin edilir. Ödəniş plastik bank kartları vasitəsilə yalnız nağdsız qaydada həyata keçirilir. pizza mizza
Qeyd olunub ki, müavinəti alan şəxs vəfat etdikdə, qanunvericiliklə müəyyən edilmiş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə ödəniş dayandırılır.
Əlavə məlumat əldə etmək istəyən vətəndaşlar DSMF-nin 142 Çağrı Mərkəzinə zəng edə və ya fondun rəsmi sosial şəbəkə hesabları vasitəsilə müraciət edə bilərlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 26 Oktyabr 2026 16:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















