Icma.az
close
up
RU
Bu qadınlar ölüm riski ilə üzüzə Nə etməli? KONKRET

Bu qadınlar ölüm riski ilə üzüzə Nə etməli? KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda ana ölümlərinin statistikası son illərdə narahatlıq doğurur.

KONKRET.az xəbər verir ki, 2023-cü ildə hər 1000 diri doğulan uşaqdan 29,3-ü ana ölümü ilə nəticələnib. Bu rəqəm, əvvəlki il olan 14,7 ilə müqayisədə iki dəfə artaraq son 16 ilin ən yüksək göstəricisi olmuşdur. Ana ölümlərinə əsas səbəblər arasında ekstragenital patologiyalar (məsələn, ürək-damar problemləri, diabet, hipertenziv vəziyyətlər), qanaxma, infeksiyalar, və abort nəticəsində yaranan ağırlaşmalar yer alır. Ölümlər əsasən doğuşdan sonra dövründə qeydə alınır.

Hamilə qadınlarda ölüm riski bəzi ciddi tibbi vəziyyətlər və komplikasiyalar zamanı arta bilər. Bu vəziyyətlər həm ananın, həm də körpənin həyatı üçün təhlükəli ola bilər.

Aşağıda hamiləlik zamanı qadının ölüm riski daşıdığı əsas hallar göstərilib:

Preeklampsi: Yüksək qan təzyiqi, zülal itirilməsi (sidikdə zülalın olması) və bədənin şişməsi ilə müşahidə olunan ciddi bir vəziyyətdir. Müalicə edilmədikdə eklampsi inkişaf edə bilər, bu da qıcolmalar və beyin zədələnməsi riskini artırır. Təxirə salınmış müalicə həm ananın, həm də körpənin həyatı üçün ölümcül ola bilər.

Plasentanın vaxtından əvvəl ayrılması (abruptio placentae): Plasenta uşaqlıq divarından vaxtından əvvəl ayrıldıqda ağır qanaxma yaranır ki, bu da ana üçün həyati təhlükə yaradır.

Plasenta previa: Plasenta uşaqlıq ağzını tamamilə bağladıqda qanaxma riski artır.

Doğuşdan əvvəl və ya sonra qanaxma: Ağır qanaxmalar anemiya, şok və ölümə səbəb ola bilər.

Uşaqlıq yırtılması: Daha əvvəlki sezaryen və ya digər əməliyyatlar səbəbilə uşaqlıq divarının cırılması ciddi qanaxma və həyati təhlükə yaradır.

Amniotik maye emboliyası: Amniotik mayenin ananın qan damarlarına keçməsi ilə yaranır. Çox nadir, lakin çox təhlükəlidir.

Dərin damar trombozu və ya ağciyər emboliyası: Hamiləlik zamanı qan laxtalanma riski artır, bu da ağciyər emboliyası kimi həyati təhlükələrə səbəb ola bilər.

Sepsis (qan infeksiyası): Hamiləlik və ya doğuş zamanı yaranan infeksiyalar müalicə edilmədikdə ölümcül ola bilər.

Yoluxucu xəstəliklər: Məsələn, malyariya, HİV, hepatit, və ya Covid-19 kimi ağır infeksiyalar.

Sadalananlardan əlavə, ananın sağlamlıq problemləri də hamiləlik dövründə riskli durumların ortaya çıxmasına səbəb olur. Məsələn, şəkər xəstəliyi və ya ürək xəstəliyi olan şəxslərə nəzarət olunmazsa, hamiləlik zamanı həyati təhlükə yarana bilər. Böyrək çatışmazlığı və ya qaraciyər problemləri bu sıraya daxildir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:242
embedMənbə:https://konkret.az
archiveBu xəbər 26 Noyabr 2024 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri