“Bu qanun keyfiyyəti də yüksəldəcək”
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
“Energetika sahəsi ölkə iqtisadiyyatının əsas dayaqlarından biri olaraq strateji əhəmiyyət kəsb edir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin “İstilik təchizatı haqqında” qanun layihəsinin müzakirəsi məqsədilə bu gün təşkil etdiyi ictimai dinləmədə komitənin sədr müavini Fatma Yıldırım bildirib.
“Ona görə də bu sahə ilə bağlı vacib qanunların qəbul edilməsi təbii qanunauyğunluqdur. Bu qanunların qəbul edilməsi enerji istehsalında, idarəçiliyində və səmərəliliyində ciddi irəliləyişlərin əldə edilməsinə səbəb olub.
Məlumdur ki, bu qanunla istilik təchizatı sahəsinin tənzimlənməsində dövlət orqanlarının və tənzimləyicinin səlahiyyətləri, istilik təchizatı subyektlərinin hüquq və vəzifələri müəyyən edilir. Digər tərəfdən isə, düşünürəm ki, qanunun qəbulu gələcəkdə istehlakçıların istilik enerjisi təchizatının keyfiyyətini də yüksəldəcək. Bu qanun yeni tikilən çoxmənzilli binaların da istilik təchizatı ilə üzləşdiyi problemlərin həllinə kömək edəcək. Hesab edirəm ki, ictimai dinləmədə aparılan müzakirələr, fikirlər, verilən təkliflər ümumi işimiz üçün çox faydalıdır”, - deyə deputat qeyd edib.
Nuranə Daxilqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 04 İyun 2025 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















