Gecə hücumundan sonra Krım körpüsünün tağı çökdü Video
Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Noyabrın 17-nə keçən gecə Krım körpüsünə növbəti hücum nəticəsində onun tağlarından biri çöküb. Tağla birlikdə yol örtüyünün bir hissəsi də dağılıb.
Bizim.Media UNIAN-a istinadən xəbər verir ki, gecə yarısı Kerç körpüsü ərazisində bir neçə güclü partlayış baş verib.
Bu barədə “Krımskiy veter” teleqram kanalı və ASTRA məlumat yayıb. Yerli sakinlər partlayış səsləri eşitdiklərini və raket təhlükəsi elan edildiyini bildiriblər.
Moskvanın ilhaq edilmiş Krıma təyin etdiyi rəhbər Sergey Aksyonov hücumu təsdiqləyib və körpüdə nəqliyyatın hərəkətinin dayandırıldığını açıqlayıb.
Qeyd edək ki, noyabrın 16-da da Krım körpüsünə hücum edilmişdi.
Bundan sonra avtomobillərin hərəkəti təxminən 17 saat dayandırılmış, axşam saatlarında isə əks istiqamətli hərəkət rejimində bərpa edilmişdi.
İlk hücumdan sonra yol örtüyündə zədələr və tağ konstruksiyasında deformasiya qeydə alınmışdı. Rusiya tərəfi dağıntıları əhəmiyyətsiz adlandırmışdı. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da körpünün zərər gördüyünü etiraf etmişdi.
Bizim.Media
Baxış sayı:40
Bu xəbər 17 Noyabr 2026 11:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















