Icma.az
close
up
RU
“Bu qanunlar zamanın tələbləri ilə uzlaşmır”

“Bu qanunlar zamanın tələbləri ilə uzlaşmır”

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Kinematoqrafiya haqqında” və “Kitabxana işi haqqında” qanunlar 1998-ci ildə qəbul edilib və zamanın tələbləri ilə uzlaşmır”.

“Qafqazinfo” xəbər verir ki bunu Mədəniyyət Nazirliyinin Hüquq şöbəsinin müdiri Gülər Mikayılova Bakıda ilk dəfə keçirilən “Mədəniyyət və hüquq: Müasir Çağırışlar" Forumunda “Mədəniyyət və Hüquq” panel müzakirəsi zamanı deyib.

O bildirib ki, mövcud qanunvericilikdə müxtəlif sahələr üzrə paralel tənzimləmə normaları pərakəndəlik yaradır: “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Muzeylər haqqında” qanunlarda folklor, xalça sənəti, muzey fəaliyyəti ayrı-ayrılıqda tənzimlənir. Bu münasibətlərin müxtəlif normativ hüquqi aktlar üzrə bölünməsi mədəniyyət sahəsində hüquqi tənzimləmənin pərakəndə və sistemsiz xarakter almasına səbəb olur”. 

G.Mikayılova qeyd edib ki, qeyri-maddi mədəni irsin qorunması sahəsində vahid milli hüquqi tənzimləmə mövcud deyil: “Qeyri-maddi mədəni irsin qorunması haqqında” YUNESKO Konvensiyasına 2006-cı ildən qoşulmağımıza baxmayaraq, Konvensiyanın tələblərinə zidd olaraq qeyri-maddi mədəni irsin qorunması sahəsində vahid milli hüquqi tənzimləmə mövcud deyil. Bir çox normativ aktların icrası üçün alt-mexanizmlər və icra standartları yetərincə dəqiq müəyyən edilməyib.

“Teatr və teatr fəaliyyəti haqqında” Qanununun konseptual müddəaları mövcud praktika ilə tam uzlaşmır. Belə ki, Qanunda teatr sahəsində prodüser fəaliyyətinə dair tələblər nəzərdə tutulsa da, "Teatr, konsert, sirk müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda prodüser vəzifəsi ümumiyyətlə göstərilməyin ki, bu da hüquqi idarəetmə və əməyin normativ təsnifatı arasında uyğunsuzluq yaradır”.

Lamiyə Məmmədova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 10 Dekabr 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri