Bu qarşılaşmada az oynayan futbolçulara şans vermək istəyirəm Vüqar Nadirov
Fanat saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan Kubokunun 1-ci təsnifat mərhələsində "Şəmkir" "Göygöl"ün qonağı olacaq. Qərb təmsilçisinin baş məşqçisi Vüqar Nadirovla əlaqə saxlayıb qarşıdakı matç barədə fikirlərini öyrəndik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Kubok matçlarının marağı başqadır. "Quba"da işlədiyim dönəmdə də kubokda "Göygöl"lə qarşılaşmışdıq. Hansı turnir çərçivəsində keçirilməsindən asılı olmayaraq, bütün oyunlara qələbə üçün çıxırıq. Bu qarşılaşmada az oynayan futbolçulara da şans vermək istəyirəm. Heyətdə oyunçu sayı çox deyil. Təbii ki, bizim üçün iki cəbhədə mübarizə aparmaq çətindir. Heyət geniş olsa, daha çox şey etmək olar. Hər şeyə rəğmən, məqsədimiz kubokda da bacardığımız qədər irəliləməkdir".
Göygöl Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq "Göygöl" - "Şəmkir" qarşılaşması oktybarın 10-da keçiriləcək. Matçın start fiti 14:00-da səsləndiriləcək.
Nihat
Baxış sayı:97
Bu xəbər 08 Oktyabr 2025 16:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















