Icma.az
close
up
RU
Ukrayna məğlub olsa, Qərbə inam çökəcək  TƏHLİL

Ukrayna məğlub olsa, Qərbə inam çökəcək  TƏHLİL

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Rusiya qələbə çalarsa, Gürcüstanın Avropaya açılan qapıları tamamilə bağlanacaq

ABŞ Gürcüstana münasibətdə siyasətini hələ tam formalaşdırmayıb. Bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili “Birinci kanal”a müsahibəsində deyib. Onun sözlərinə görə, ABŞ mühüm proseslərdə iştirak edir, çoxlu enerji, səy və vaxt tələb edən qlobal problemlərin həlli ilə məşğul olur:

“Biz Gürcüstanın ABŞ-ın gündəmində o qədər də vacib yer tutmadığını görürük. Gürcüstan ABŞ ilə konkret məzmunlu strateji münasibətlərin qurulmasına çalışır və bu, dialoqun predmetidir”. Boçorişvili Gürcüstan-ABŞ münasibətlərinin yenidən qurulmasının müəyyən mərhələdə gündəmdə olacağına və müsbət qərarın əldə olunacağına ümidvarlıq ifadə edib. Qeyd edək ki, ABŞ Gürcüstanla 2009-cu ildə əsası qoyulan strateji tərəfdaşlığı ötən ilin noyabrın 30-da dayandırıb. Vaşinqton bu qərarı Gürcüstan hökumətinin Avropa İttifaqına üzvlüklə bağlı danışıqları 2028-ci ilədək gündəmə gətirməyəcəyini elan etməsindən sonra qəbul edib.

2022-ci ildən etibarən ABŞ-Gürcüstan münasibətlərinin kəskin soyuduğunu xatırladan politoloq Sona Əliyeva Sherg.az-a açıqlamasında qeyd edib ki, Gürcüstanda Bidzina İvanişvili himayəsindəki iqtidarın Rusiyaya meyilli siyasət yürütməsi vəziyyəti daha da gərginləşdirib. Onun sözlərinə görə, Qərb Tbilisi ilə "narıncı inqilab dili" ilə danışmağa başlasa da, nəticə Qərb üçün fərqli oldu:

“Gürcüstan hakimiyyəti "fil"i "piyada" ilə neytrallaşdırdı. Yəni ABŞ-ın Gürcüstanla bağlı inqilabi ssenarisinin həyata keçirilməsinə üç il əvvəl başlanılıb. 

ABŞ səfirliyinin Gürcüstan hökumətinə təsiri hər kəsin yadındadır: müxalifət liderləri Uqulav və Okruaşvilinin həbsdən azad olunması və seçki sisteminin Vahid Milli Hərəkat və onun yaxın ətrafının xeyrinə dəyişdirilməsi məsələlərində təzyiq göstərmişdi. Mövcud vəziyyət isə münasibətlərin dondurulması təhlükəsi yaratsa da, Qərb geri addım atdı. Bununla belə, siyasi baxışlar və yanaşmalar hələ də tam şəkildə ABŞ tərəfindən dəyişdirilməyib.

Digər tərəfdən, Rusiya Ukrayna üzərində qələbə qazanarsa, bu ilk növbədə Qərbin şimal qonşumuzun önündə ağır məğlubiyyəti olacaq. Bu da Gürcüstanın Qərbə açılan qapıları tamamilə bağlamasına gətirib çıxaracaq. Çünki Ukrayna cəbhəsində demək olar ki, bütün Qərb döyüşürdü. Bu, həm də Moldova, Gürcüstan və Ermənistan kimi Qərbə inteqrasiya yolunu tutmuş ölkələrdə Avropaya, Amerikaya inamı öldürəcək. Hər kəs Ukrayna dərsindən ibrət almağa çalışacaq. Eyni zamanda, Rusiya tərəfi daha da irəli gedəcək və Avropanın içərilərinə doğru həmlələr edəcək. Yəqin ki, Avropada da bunun fərqindədirlər. Digər tərəfdən, ABŞ prezidenti Tramp Ukraynanı sülhə məcbur etməklə Avropanı da Rusiyanın qarşısına yem kimi atmağa çalışır. Ukraynada zəfər çaldıqdan sonra Rusiya Finlandiyaya, İaveçə də həmlələr etməyə can atacaq. Üstəlik, Rusiya Mərkəzi Asiya və Cənubi Qafqaza da müəyyən dərəcədə diş qıcayacaq. Ukrayna isə yaxın gələcəkdə tamamilə yer üzündən silinə bilər. Gürcüstan isə Qara dənizin şimalındakı prosesləri diqqətlə izləyir və Qərbin Ukraynaya xəyanətinin tam reallaşacağı təqdirdə Gürcüstan Qərblə sağollaşıb Rusiya ilə bir qədər də yaxınlaşacaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:254
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 Noyabr 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see507

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see419

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see396

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see279

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see273

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see271

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see266

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see263

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see257

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see248

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see241

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see235

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see231

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see220

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see210

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see202

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see199

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see196

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see191

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri