Icma.az
close
up
RU
“Bu qədər imtahan fetişizmi başqa heç bir ölkədə yoxdur” ETİRAZ

“Bu qədər imtahan fetişizmi başqa heç bir ölkədə yoxdur” ETİRAZ

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Azərbaycanda imtahanlar artıq təhsil sisteminin deyil, bütövlükdə cəmiyyətin hər gününü, gündəmini zəbt edib. 

Şagird üçün də, tələbə üçün də, magistr üçün də, işə qəbul olmaq istəyən üçün də, müəllim üçün də ən vacib mövzu  imtahandır. Bu qədər imtahan fetişizmi başqa heç bir ölkədə yoxdur. Hər qurum öz imtahanını “tək həqiqət” kimi təqdim edir, Dövlət İmtahan Mərkəzi isə imtahanı təhsil və karyera uğurunun yeganə kriteriyasına çevirib”. 

“Cebheinfo.az” xəbər verir ki, bu fikirləri təhsil üzrə ekspert Kamran Əsədov deyib. 

Ekspertin sözlərinə görə, şagirdlər, müəllimlər, gənclər, hətta valideynlər ilboyu stres, təşviş və psixoloji gərginlik içində yaşayır: “Hər imtahan öncəsi ölkədə kütləvi psixoz yaranır, uşaqların, gənclərin ruh sağlamlığı, həyat keyfiyyəti ciddi təhlükə altına düşür. İmtahanların sayının bu qədər çox olması, onların həyatın hər pilləsinə müdaxilə etməsi heç bir inkişaf göstəricisi deyil. 

Əksinə, bu, təhsilin mahiyyətinin, yaradıcı düşüncənin, insani və sosial dəyərlərin getdikcə sıradan çıxmasına, yalnız bal və nəticə “ovuna” çevrilməsinə səbəb olur. Bundan da faciəlisi, bu qədər səs-küylü imtahanların nəticəsində təyinatlarda, işə qəbulda, təqaüd ayrılmasında şəxsiyyətlərə, şəxsi münasibətlərə, tanışlığa hələ də geniş yer verilir. 

Yəni, illərlə imtahan stressi, test ab-havası, psixoloji əzab nəticədə yenə də insan faktoru ilə “süzülür”. Dövlət İmtahan Mərkəzinin və digər qurumların imtahan keçirmək həvəsi Azərbaycan təhsilini, insan kapitalını yaradıcılıqdan, təşəbbüskarlıqdan, innovativlikdən uzaqlaşdırır”. 

Ekspertin fikrincə, DİM və digər imtahan mərkəzləri illərdir israr edir ki, məhz testlər obyektivliyi, şəffaflığı təmin edir: “Ancaq reallıq budur: 

testlərlə ölçülən bilik həyatda tələb olunan bacarıqların, səriştələrin çox az hissəsini əhatə edir. Şagird yalnız test həll etməyi öyrənir, amma düşünməyi, araşdırmağı, müzakirə etməyi, yaradıcı yanaşmanı unudur. Hər gün imtahan, hər gün stress – nəticədə isə nə elmi kadr formalaşır, nə də motivasiyalı gənc cəmiyyətə qazandırılır. 

Əgər nəticə yenə də şəxsi münasibətlər və insan faktoruna dayanacaqsa, bu qədər imtahanın, stressin, əsəbin, ailələrin sosial rifahına, uşaqların psixikasına vurulan zərərin nə mənası var? Əsl təhsil sistemi uşağı, gənci, insanı imtahandan imtahana qaçan deyil, azad, yaradıcı, düşünən, analitik və cəmiyyətə faydalı bir şəxsiyyət kimi yetişdirməlidir. Bu qədər imtahan asılılığını, test diktaturasını, DİM-in və digər qurumların “imtahan sevdasını” ciddi şəkildə tənqid edirəm. Təhsil sistemi insan yetişdirməlidir, robot yox!” 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Aprel 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see770

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see513

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see302

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see290

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see278

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see272

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see255

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see245

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see230

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see229

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see228

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see223

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see222

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see221

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see214

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see205

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see193

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see180

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see179

Afrika futbolunda tarix yazıldı: Nigeriya ilk dəfə dünya çempionu oldu

08 Noyabr 2026 05:15see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri